24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının IV kurs tələbələri üçün istehsalat təcrübəsi təşkil olunmuşdu.
12 noyabr-20 dekabr 2018-ci il tarixlərdə keçirilən istehsalat təcrübəsi zamanı tələbələr komissiyanın müvafiq sektor və şöbələrinin fəaliyyət istiqamətləri ilə tanış olub, onlara dövlət qulluğuna qəbul, sənəd qəbulunun, dövlət reyestrinin aparılması, “şəxsi kabinet”in yaradılması, müsahibə mərhələsi, müsahibədə iştirak etmək üçün müraciətin edilmə qaydası, ictimaiyyətlə əlaqələrin təşkili ilə bağlı ətraflı məlumat verilib və slaydlar vasitəsilə dərslər keçilib. Tələbələr buradakı Test mərkəzində dövlət qulluğuna qəbul üçün sınaq imtahanının və müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün test imtahanlarının keçirilməsini əyani olaraq izləyiblər.

Təcrübənin son günü keçirilən tədbirdə komissiyanın sədri İsmayıl Qəribli qeyd edib ki, komissiya yarandığı gündən muxtar respublikada kadr siyasətinin həyata keçirilməsini, dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsini, dövlət qulluğu üçün kadrların müsabiqə yolu və şəffaflıq əsasında seçilməsini, yerləşdirilməsini, dövlət qulluğunun xüsusi növünə aid olan orqanların elan etdiyi müsabiqələrin test imtahanı mərhələsinin təşkil edilməsini və qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin edib. Hazırda Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət orqanlarında qulluğa qəbulu üçün hər cür şərait yaradılıb.
İsmayıl Qəribli bildirib ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncam muxtar respublikada kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir. Sözügedən sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə komissiyanın təcrübəli əməkdaşları tərəfindən hamiliyə götürülən ixtisasın tələbələri üçün ayda iki dəfə açıq dərslər keçilir, istehsalat təcrübələri təşkil olunur, tələbələr dərslik və dərs vəsaitləri ilə təmin edilirlər.
Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Flora Kərimova istehsalat təcrübələrinin tələbələrin praktik biliklər əldə etmələrində böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Sonda istehsalat təcrübəsi müddətində keçirilmiş tələbələrarası müsabiqədə ilk üç yeri tutmuş tələbələrə sertifikatlar verilib, onlara Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəşrləri olan “Dövlət idarəçilik nəzəriyyəsi”, “Dövlət qulluğunun hüquqi əsasları”, “Dövlət qulluğu: nəzəriyyə və praktika” kitabları hədiyyə edilib.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR