24 Dekabr 2024, Çərşənbə axşamı

Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov açaraq bildirib ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsi ilə bağlı mütəmadi olaraq aidiyyəti orqanlarla birlikdə monitorinqlər keçirilib, qanun pozuntularının qarşısının alınması üçün operativ qaydada tədbirlər görülüb. Lakin hələ də torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarına rast gəlinir. Bu da vətəndaşların tikinti aparılması qaydalarından, mühafizə zonaları ilə bağlı qadağa və tələblərdən məlumatsız olduqlarından və məsuliyyət daşıdıqlarını bilməmələrindən irəli gəlir. Bunun qarşısını almaq üçün icra nümayəndələri, polis, sahə müvəkkilləri, xüsusilə də bələdiyyələr mülkiyyətində olan torpaqların məqsədli təyinatı üzrə istifadə olunmasını təşkil etməli, vətəndaşlar arasında geniş maarifləndirmə və izahat işləri aparmalı, bu sahədə tətbiq olunan qanunvericilik normaları onlara izah edilməlidir.

Vurğulanıb ki, belə tədbirlər təkcə bu günümüzə deyil, gələcəyimizə hesablanmış iqtisadi və sosial siyasətin tərkib hissəsidir. Buna görə də muxtar respublikamızda daşınmaz əmlakın kadastr və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi üçün Naxçıvan şəhərinin qəsəbə və kəndlərində torpaqlardan istifadəyə, onların mühafizəsinə nəzarət tədbirləri bundan sonra da davam etdirilməlidir.
Sonra Naxçıvan şəhər prokuroru, baş ədliyyə müşaviri Elsevər Quliyevin və Naxçıvan Şəhər Polis İdarəsinin rəisi Mirzə Cəlilovun çıxışları dinlənilib. Çıxışlarda bildirilib ki, dövlət tərəfindən torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədilə mühafizə zonaları müəyyənləşdirilib.
Bildirilib ki, fiziki və hüquqi şəxslər, bələdiyyələr mülkiyyətlərində olan torpaqlardan məqsədli təyinat üzrə istifadə etməli, dövriyyədən əsassız çıxarılmasına yol verməməli, onların mühafizəsi sahəsində qanunla müəyyən edilmiş qaydada tədbirlər görməli, əhali məlumatlandırılmalıdır.
Tədbirdə torpaqların zəbt olunması ilə əlaqədar məsuliyyətdən də danışılıb, suallar cavablandırılıb.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR