24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində əhaliyə sərnişindaşıma xidməti göstərən sürücülərin iştirakı ilə keçirilən növbəti seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin əməkdaşları Elxan Novruzov və Natiq Həsənov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, muxtar respublikamızda avtomobil nəqliyyatı ilə sərnişindaşımalarını yerinə yetirən sürücülərin intizam qaydalarına əməl etmələri diqqətdə saxlanılır. Şəhərdaxili nəqliyyatda sürücülərin ayıq-sayıq fəaliyyət göstərmələri və avtomobilləri təmiz saxlamaları üçün müntəzəm olaraq yoxlamalar həyata keçirilir, problemlər dərhal aradan qaldırılır. Sərnişin­daşıma xidmətinin təhlükəsiz şəkildə göstərilməsi, vətəndaşların mənzilbaşına rahat şəkildə çatdırılması üçün avtobuslar xəttə çıxmazdan əvvəl sürücülər həkim müayinəsindən keçirilir.

Qeyd olunub ki, idarədə təmir briqadası yaradılıb, qarşıya çıxacaq hər hansı nasazlığı vaxtında aradan qaldırmaq üçün təmir sexləri hazır vəziyyətə gətirilib. Cari il sentyabr və oktyabr aylarında muxtar respublikada sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikroavtobusların, taksilərin texniki müayinəsi keçirilib. Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri nümayəndələrinin birgə iştirakı ilə keçirilən texniki müayinə zamanı avtonəqliyyat vasitələrinin ayrı-ayrı hissələri yoxlanılıb, bu istiqamətdə lazımi tədbirlər görülüb.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, seminar-müşavirədə əhaliyə sərnişindaşıma xidməti göstərən 60 sürücü iştirak edib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR