24 Dekabr 2024, Çərşənbə axşamı

Oktyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada “Dövlət orqanlarının mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili” mövzusunda seminar keçirilmişdir. Seminarda muxtar respublikanın dövlət orqan­larının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə 22 əməkdaşı iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli seminarı giriş sözü ilə açaraq bildirmişdir ki, bu il mayın 19-da Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı keçirilmiş müşavirədə komissiyaya bir sıra tapşırıqlar verilmişdir. Verilən tapşırıqlara uyğun olaraq komissiya dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinə qəbulla bağlı növbədənkənar müsabiqə elan etmiş, müsabiqənin test mərhələsindən sonra mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müvafiq vəzifələrin iddiasında olan namizədlərin yaradıcılıq qabiliyyətlərinin yoxlanması üçün esse imtahanı keçirmişdir. Həmçinin hazır­da fəaliyyət göstərən mətbuat xidmətləri əməkdaşlarının attestasiyası aparılmışdır.

Komissiya sədri demişdir ki, müşavirədə Ali Məclis Aparatının aid şöbəsi ilə birlikdə dövlət orqan­larının mətbuat xidmətləri əməkdaşlarının peşə vərdişlərinin təkmilləşdirilməsi üçün seminarın keçirilməsi də tapşırılmışdır. Bugünkü seminarın məqsədi də kütləvi informasiya vasitələri üçün dövlət orqanlarının fəaliyyəti ilə bağlı materialların elmi əsaslarla hazırlanması qaydasını iştirakçıların diqqətinə çatdırmaqdır.
Seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli dövlət orqanlarının mətbuat xidmətləri əməkdaşlarının qarşısında duran vəzifələr barədə çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətlərinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüş, müşavirələr keçirilmiş, fəaliyyətin təşkili ilə bağlı yeni vəzifələr müəyyənləşdirilmişdir. Görülən işlərin davamı olaraq bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə mətbuat xidməti əməkdaş­ları üçün seminar keçirilir. Məqsəd ondan ibarətdir ki, mətbuat xidmətləri ilə kütləvi informasiya vasitələri arasındakı əlaqələr ­davamlı və səmərəli qurulsun, əməkdaş­ların peşəkarlığı artırılsın, informasiya-məlumatlandırma işi düzgün həyata keçirilsin.
Ülvi Hüseynli mətbuat xidməti əməkdaşlarının fəaliyyətlərinin təşkili ilə bağlı qarşıda duran vəzifələrdən danışmışdır.
Naxçıvan Dövlət Universitetinin Jurnalistika və kitabxanaçılıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva “Kütləvi informasiya vasitələri üçün dövlət orqanlarının fəaliyyətləri barədə materialların hazır­lanması qaydası” mövzusunda çıxış etmiş, press-reliz, çıxış, müsahibə, hesabat, prezentasiya (təqdimat), mətbuat konfransı, brifinq, xüsusi informasiya bülletenlərinin hazırlanmasının qaydaları və şərtləri, habelə ictimaiyyətlə əlaqələrin qurulmasının digər vasitələri haqqında slaydlar vasitəsilə ətraflı məlumat vermişdir.
Sonda seminar iştirakçıları öz fikirlərini bölüşmüş, geniş müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Seminara Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli yekun vurmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR