24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Qarnizonunda şəxsi heyətlə iş üzrə komandir müavinləri və hərbi psixoloqlarla təlim-metodik toplantı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev və Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Niyaməddin Tağıyev çıxış edərək bildiriblər ki, toplantının keçirilməsində əsas məqsəd qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır vəziyyətdə olmasını təmin edəcək mənəvi-psixoloji hazırlıq işinin daim diqqət mərkəzində saxlanılmasıdır.
Toplantıda çıxış edən müxtəlif kateqoriyalı zabit və mütəxəssislər tərbiyə işinin təşkilindən, fərdi xüsusiyyətlərin aşkarlanmasında və sistemləşdirilməsində psixoloji testlərin əhəmiyyəti, keçirilmə mexanizm və metodlarından danışıblar.
Bildirilib ki, bu işlərin təşkilində hərbi qulluqçuların kateqoriyalarına görə fərdi tərbiyə işinin xüsusiyyətlərinə ciddi diqqət yetirilməlidir. Buna görə də toplantıda əsas diqqət hərbi qulluqçuların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunmasına, hərbi kollektivlərdə sağlam rəqabət atmosferinin inkişaf etdirilməsinə, əsgər və zabitlərin şəxsi xüsusiyyətləri nəzərə alınmaqla fərdi tərbiyə işinin planlı şəkildə həyata keçirilməsinə yönəldilib.

Nəriman NƏCƏFOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR