24 Dekabr 2024, Çərşənbə axşamı

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı İbadulla kəndində Azərbaycanın Dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirib.
Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin deputatı Əmir Babayevin məruzəsi dinlənilib. Məruzə ətrafında müzakirələrdə İbadulla kənd ərazi ilk partiya təşkilatının sədri Baxşəli Abdullayev, inzibati ərazi dairəsi üzrə nümayəndə Parlar Əsgərov, gənc partiya üzvü Ülkər Məmmədova və başqaları çıxış ediblər.
Qeyd olunub ki, xalqımızın ən böyük sərvəti kimi müstəqilliyin bərpa edilməsi dövlətçilik tarixində mühüm əhəmiyyətə malikdir. Lakin ermənilərin işğalçılıq siyasəti və daxildəki çəkişmələr müstəqil dövlətimizin varlığını və suverenliyini sual altına qoymuşdu. Məhz bu zaman xalqımız qarşılaşdığı fəlakətlərdən xilas, nicat yolunu ümummilli liderimiz Heydər Əliyevi yenidən siyasi hakimiyyətə gətirməkdə gördü. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayın­da ikinci dəfə hakimiyyətə qayıdan ümummilli liderimizin rəhbərliyi ilə qısa müddətdə ölkədə siyasi sabitlik yarandı, bütün sahələr üzrə quruculuq işlərinə başlanıldı, respublika müstəqil inkişaf yoluna qədəm qoydu. Bir vaxtlar müstəqil Azərbaycanın başı üzərində cəmi 23 ay dalğalanan üçrəngli bayrağımız bu gün ən yüksək zirvədə, həm də əbədi dalğalanır.
Qeyd edilib ki, bu illər ərzində müstəqilliyimizin möhkəmləndirilməsi, xalqın rifah halının yaxşılaşdırılması, ölkənin sosial-iqtisadi inkişafı üçün ümummilli liderin həyata keçirdiyi məqsədyönlü tədbirlər bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu strategiya nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə artıq dünyada yüksək yerlərdə qərar tutur.

Tədbirdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda iqtisadiyyatın inkişaf mərhələləri, aparılan məqsədyönlü islahatlar və qazanılan nailiyyətlər barədə də danışılıb. 1995-ci ildən Naxçıvanda dinamik inkişaf dövrünün başlandığını diqqətə çatdıran natiqlər bildiriblər ki, həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində makroiqtisadi sabitliyin bərqərar olmasını təmin edib. İqtisadiyyatın dinamik inkişafını şərtləndirən məqsədyönlü tədbirlər əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Muxtar respublikamızın hər bir bölgəsini əhatə edən inkişaf Şərur rayonunun sosial-iqtisadi göstəricilərində də özünü göstərir. Ölkə Prezidentinin və Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində rayonda mühüm əhəmiyyət kəsb edən infrastruktur layihələri uğurla həyata keçirilir, sosial obyektlər tikilir, yeni istehsal və emal müəssisələri işə salınır, aqrar sahədə mühüm nəticələr əldə edilir. Bu gün qürur duyuruq ki, ulu öndərin siyasi xəttinin davam etdirilməsi nəticəsində müstəqilliyi artıq sarsılmaz, dönməz və əbədi olmuş qüdrətli Azərbaycan Respublikasında yaşayır, işləyir və qurub-yaradırıq.
Tədbirdə bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilib.

Elman Məmmədov

* * *

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının növbəti şura iclasında 2018-ci ilin doqquz ayının yekunları müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
İclası giriş sözü ilə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, bu il müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında mühüm yer tutan Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü tamam olur. Ümummilli ­liderimiz Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli yol keçən, ölkəmizin bugünkü inkişafında mühüm xidmətləri olan Yeni Azərbaycan Partiyası ötən illər ərzində xalqın ümidlərini doğruldaraq ümumxalq partiyasına çevrilib.
Qeyd olunub ki, göstərilən dövlət qayğısının və həyata keçirilən tədbirlərin nəticəsində Kəngərli rayonu da ötən illərdə böyük inkişaf yolu keçib. Müstəqilliyimizin bəhrəsi olan bu rayonda ötən illər ərzində bütün yaşayış məntəqələrində müasir infrastruktur yaradılıb, abad yollar salınıb. Həyata keçirilən yeni infrastruktur layihələri hesabına əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerləri hesabına məşğulluğun təmin olunması istiqamətində mühüm işlər görülüb.
Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının bəhs olunan dövrdəki fəaliyyətindən danışan Sevda Quliyeva bildirib ki, təşkilat öz işini partiyanın V Qurultayının və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının V Konfransının qərarlarının yerinə yetirilməsi istiqamətində, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il 16 mart tarixli iclasının tələbləri səviyyəsində qurub.
Vurğulanıb ki, təşkilatın 31 ərazi ilk partiya təşkilatında birləşən 3 min 107 partiya üzvündən 1246-sı, yəni 40,1 faizi qadınlardan, 1007-si, yəni 32,4 faizi isə gənclərdən ibarətdir. Qeyd olunan dövrdə rayonda partiyanın sıralarına qəbul olunanların sayı 89 nəfər olub ki, bunların da 53-ü qadın, 63-ü isə gənclərdir. 2018-ci ilin hesabat dövrü ərzində təşkilatın 3 şura, 9 idarə heyəti yığıncağı keçirilib, məqsədyönlü tədbirlər görülüb. Ərazi ilk partiya təşkilatlarının fəaliyyətinə nəzarət artırılıb, onlara metodik köməkliklər göstərilib. İlk partiya təşkilatlarında kargüzarlığın düzgün aparılması diqqətdə saxlanılıb. Rayonda tikilən kənd mərkəzlərində partiyanın ərazi ilk təşkilatları üçün hər cür şəraiti olan iş otaqlarının ayrılması bu təşkilatların aktiv fəaliyyətinə geniş imkanlar yaradıb. Ötən dövrdə ərazi ilk partiya təşkilatlarında gənc və yaradıcı qüvvələrin partiya sıralarına qəbul edilməsinə nail olunub. Qeyd olunub ki, təşkilati işlər bundan sonra da diqqət mərkəzində saxlanılacaq.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Gənclər Birliyinin sədri Süleyman Süleymanov, Mədəniyyət Şöbəsi ərazi ilk partiya təşkilatının sədri Ziyafəddin Babayev, rayon Mərkəzi Xəstəxanası ərazi ilk partiya təşkilatının sədr müavini Ramidə Rüstəmova, Xıncab kənd ərazi ilk partiya təşkilatının sədri Bahar Hüseynova çıxış ediblər.

Babək İsmayılov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR