24 Dekabr 2024, Çərşənbə axşamı

Gəlirin, mənfəətin, torpağın, əmlakın, təqdim edilmiş malların, ticarət əlavəsinin və xərclərin uçotunun hüquqi və fiziki şəxslər tərəfindən müstəqil aparılması, vergilərin sərbəst hesablanması və vaxtında büdcəyə ödənilməsi, bəyannamələrin təqdim edilməsi vergi qanunvericiliyinə ­könüllü əməletmə kimi mühüm əhəmiyyət kəsb edir. Bu, həm də yüksək vergi mədəniyyətinin formalaşmasından xəbər verir.
Son illər muxtar respublikada bu sahədə ardıcıl tədbirlər görülüb, maarifləndirmə işlərinin əhatə dairəsi genişləndirilib. Vergi­ödəyiciləri ilə görüşlərdə vergi qanunvericiliyinə könüllü əməl­etmənin üstünlükləri barədə söhbətlərin aparılması öz bəhrəsini verir. Belə ki, bu ilin ötən 9 ayında vergiödəyiciləri tərəfindən hesab­lanmış vergilər vaxtında və tam ödənilib, nəticədə, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi tərəfindən heç bir vergi borcu qeydə alınmayıb.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR