24 Dekabr 2024, Çərşənbə axşamı

Muxtar respublikada fövqəladə hallara hazırlıq sahəsində qarşıya qoyulmuş vəzifələr vaxtında icra olunur. Belə ki, bu ilin ötən dövründə yanğın təhlükəsizliyi şöbələri tərəfindən 12 taktiki-xüsusi təlim keçirilmişdir.
Mülki Müdafiə Alayının və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri taktiki-xüsusi təlimə cəlb olunmuş, 9 obyektdə şərti baş vermiş fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üzrə ­taktiki-xüsusi təlimlər keçirilmişdir.
Fövqəladə hallar zamanı fəaliyyəti zəruri olan 122 müəssisə və təşkilatın fövqəladə hallara hazırlığı yoxlanılmışdır. Bundan başqa, 169 ümumtəhsil məktəbində, 14 uşaq bağçasında və 166 digər obyektdə mülki müdafiə işinin təşkili vəziyyəti, 17 tibb müəssisəsində ixtisaslaşdırılmış həkim yardım briqadalarının hazırlığı yoxlanılaraq müvafiq tədbirlər görülmüşdür. 2 mərkəzi icra hakimiyyəti orqanının, 1 sahibkarlıq subyektinin və 3 xəstəxananın fövqəladə hallarda fəaliyyət planları işlənib hazırlanmışdır. Həmçinin əhalinin fövqəladə hadisələrdən qorunma qaydaları ilə bağlı 160 obyektdə 4276 nəfərin iştirakı ilə maarif­ləndirici tədbir keçirilmişdir.

Texniki təhlükəsizliyin təmin olunması, hadisələrin vaxtında qarşısının alınması məqsədilə 22 müəssisədə 229 təhlükə potensiallı qurğu və avadanlıq sertifikatlaşdırılmışdır. 37 təhlükə potensiallı müəssisədə isə maarifləndirici söhbətlər aparılmışdır. 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar 335 qazan­xanada yoxlamalar, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 3251 obyektdə və 4175 mənzildə yanğın-texniki müayinələr aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR