24 Dekabr 2024, Çərşənbə axşamı

Məlum olduğu kimi, Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı olmaqla yanaşı, eyni zamanda ölkəmizin Gənclər Paytaxtı da seçilib. Bununla əlaqədar Naxçıvanda həm ölkə, həm də beynəlxalq səviyyəli tədbirlər keçirilir. Bu istiqamətdə reallaşdırılan layihələrdən biri də hər bölgədə yeni “Gənclər bağı”nın salınmasıdır. Müntəzəm olaraq həmin ünvanlarda iməciliklər keçirilir, əkilmiş ağaclara qulluq göstərilir.
Ötən şənbə günü də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun əməkdaşlarının və bir qrup gəncin iştirakı ilə keçirilən növbəti iməcilikdə Naxçıvan şəhəri yaxınlığında salınmış “Gənclər bağı”nda əkilmiş müxtəlif meyvə növlərinə məxsus tinglər suvarılıb, ağaclara aqrotexniki qulluq göstərilib. Ərazi alaq otlarından təmizlənib.
Qeyd edək ki, muxtar respublikanın bütün şəhər və rayonlarında belə iməci­liklər ­keçirilib.
Ekoloji tarazlığın qorunması, bu məqsədlə təbiətin zənginləşdirilməsi, yaşıllıqlara qulluq göstərilməsi muxtar respublikamızın bütün bölgələrində ardıcıl olaraq davam etdirilir. Əsasən, iməciliklər yolu ilə həyata keçirilən bu tədbirlərdə muxtar respublika gəncləri həvəslə iştirak edirlər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR