Naxçıvan Qarnizonunda tabor, divizion komandirləri və onların müavinləri ilə zabitlərin komandir hazırlığı sistemindən növbəti məşğələlər keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzindəki trenajorlarda zabitlərin atəş və sürücülük bacarıqları yoxlanılıb. Toplantının sonunda zabitlərdən fiziki və taktiki hazırlıq, topoqrafiya və rəhbər sənədlərin tələblərini bilmələri üzrə məqbullar götürülərək bilik, bacarıq və peşəkarlıqları qiymətləndirilib.
Bundan başqa, Əlahiddə Ümumqoşun Orduda müxtəlif ixtisaslar üzrə taqım komandirləri ilə keçirilən növbəti təlim-metodik toplantı başa çatıb. Taqım tərkibində məşğələlərin vahid metod üzrə keçirilməsinə nail olmaq məqsədilə hər bir ixtisasdan nümayiş, metodik və taktiki-sıra məşğələləri keçirilib.
Sonda taqım komandirlərindən məqbullar götürülərək toplantıya yekun vurulub.
Nəriman NƏCƏFOV