24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri avqust ayı ərzində də davam etdirib. Ay ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində orta və böyük rəis heyəti vəzifələrinin tutulması üçün test imtahanları keçirilib. 21-22 avqust 2018-ci il tarixlərdə keçirilən test imtahanında iştirak edən 47 namizəddən 9-u müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Komissiyanın Əsasnaməsinə uyğun olaraq dövlət qulluğuna qəbul olmaq istəyən 32 namizədin iştirakı ilə hazır­lıq kursları təşkil edilib. Həmçinin komissiya tərəfindən dövlət qulluğuna və dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən şəxslər üçün keçirilmiş sınaq imtahanlarında 47 nəfər iştirak edib.

Komissiya tərəfindən muxtar respublikada müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün test imtahanlarına 24 avqust 2018-ci il tarixdən start verilib. Keçirilən imtahanlarda iştirak etmək üçün 527 nəfər sənəd təqdim edib. Test imtahanlarında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxslər müvafiq vəzifələrə təyin olunacaqlar.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin müraciəti əsasında vakant baş mühasib vəzifəsinin tutulması üçün keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış 1 nəfərin müsahibə mərhələsində və müvafiq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün keçirilmiş 2 daxili müsahibədə komissiyanın nümayəndəsinin iştirakı təmin edilib.
Ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılıb, ehtiyat kadrlar ­siyahısında olan 13 namizəddən 1-i vakant vəzifəyə təyin olunub.
Komissiya Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə “Ümummilli lider Heydər Əliyevin milliləşmə siyasəti, Azərbaycançılıq ideologiyası və dövlət qulluqçularının qarşısında duran vəzifələr” mövzusunda seminar keçirib. Seminarda komissiya tərəfindən keçirilmiş sonuncu müsabiqədə uğur qazanaraq mərkəzi icra hakimiyyəti orqanlarında və məhkəmələrdə inzibati vəzifələrə təyin olunmuş 44 dövlət qulluqçusu iştirak edib.
Avqust ayı ərzində elektron xidmətlərin təşkili həyata keçirilib, “Daxili İşlər Nazirliyində xidmətə qəbul, müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulunun aparılması üzrə qeydiyyat üçün müraciət və sənədlərin qəbulu” istiqaməti üzrə 576 nəfərə komissiya tərəfindən elektron xidmət göstərilib.


Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR