24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında “Səmti müəyyənetmə” birinciliyi keçirilib. Əlahiddə Ümumqoşun Ordunun zabiti, mayor Vahid Məmmədov qeyd edib ki, birinciliyin keçirilməsində məqsəd hərbi qulluqçuların dözümlülüyünü yoxlamaq, kompas və xəritədən istifadə bacarığını təkmilləşdirmək, güclü idmançı və komandaların müəyyən edilməsidir. Sonra yarışın şərtləri iştirakçılara çatdırılıb.
15 komandadan 60 hərbi qulluqçunun gücünü sınadığı yarış gərgin mübarizə şəraitində keçib. Birinciliyin bütün tələblərinə ən qısa zamanda əməl edərək səmti müəyyən edənlər qalib gəliblər.
Komanda hesabında 1-ci yerdə xüsusi təyinatlılar, 2-ci yerdə moto­atıcılar, 3-cü yerdə isə tankçılar qərarlaşıblar. Fərdi və komanda hesabında ilk üçlüyə düşməyi bacaranlar Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

Nəriman NƏCƏFOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR