24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclası giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb. O, avqust ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə ali və orta ixtisas təhsili müəssisələrinin tədris korpuslarının, idman zallarının, sosial xidmət mərkəzləri və yataqxanalarının qış mövsümünə hazırlığı barədə verilən tapşırığı diqqətə çatdırıb. Qeyd edib ki, bir neçə ildir, muxtar respublikaya verilən fasiləsiz enerji, təbii qaz, içməli suya olan tələbatın ödənilməsi, istilik sistemlərinin qurulması universitetdə bu sahədə olan çətinlikləri aradan qaldırıb.
“Ali təhsil ocağında müasir infra­strukturun yaradılması və tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən işlər muxtar respublikamızda təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısının əyani ifadəsidir”, – deyən rektor onu da əlavə edib ki, həyata keçiriləcək tədbirlər sayəsində ali təhsil ocağı payız-qış mövsümündə heç bir problemlə üzləşməyəcək.
Təsərrüfat və xidmət şöbəsinin müdiri Araz Zalov deyib ki, müşavirədə verilmiş tapşırıqların icrasının təmin olunması ilə əlaqədar hər il payız-qış mövsümünə hazırlıq işlərinin əvvəlcədən görülməsi öz bəhrəsini verir. Bu, soyuq aylarda yarana biləcək çatışmazlıqların qabaqcadan aşkarlanaraq aradan qaldırılmasını təmin edir.
Şöbə müdiri onu da qeyd edib ki, qazan­xanaların fəaliyyəti, elektrik enerjisi ilə təchizatı, su və kanalizasiya xətlərinin vəziyyəti reyd briqadası tərəfindən araşdırılır. Vurğulanıb ki, mövsümə qədər görülməsi nəzərdə tutulan işlərin vaxtında başa çatdırılması təmin olunacaq.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Səadət Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR