Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində yeni tədris dövrü başlayıb.
Döyüş hazırlığı üzrə gecə və gündüz vaxtlarında bölmələr həyəcan siqnalı ilə məşq etdirilir. Bu, şəxsi heyətin praktik vərdişlərinin, komandirlərin bölmələri idarəetmə bacarıqlarının və bölmələrin uzlaşmış fəaliyyətlərinin daha da təkmilləşdirilməsinə xidmət edir. Bu məqsədlə döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə praktik təlim və məşğələlərin keçirilməsi davam etdirilir.
Nəriman NƏCƏFOV