Əlahiddə Ümumqoşun Orduda qoşun təcrübəsi keçən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları Naxçıvan Muxtar Respublikasının gəzməli-görməli, tarixi-mədəni yerlərinə və muzeylərinə ekskursiyaya aparılıblar. Onlar Heydər Əliyev Muzeyində, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, Xatirə Muzeyində, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Dövlət Bayrağı Muzeyində, Duzdağ Fizioterapiya Mərkəzində olublar. Kursantlar, həmçinin muxtar respublikanın bölgələrində yerləşən tarix-diyarşünaslıq muzeylərini, tarixi abidələri ziyarət ediblər.
Kursantlar Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hərbi hissə və bölmələrində şəxsi heyətin sosial-məişət şəraiti ilə tanış olub, səngər və mövqelərdə aparılan döyüş növbətçiliyini yaxından müşahidə ediblər.
Nəriman NƏCƏFOV