24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2018-ci ilin iyun-iyul aylarında bir sıra qərarlar qəbul etmişdir.
Nazirlər Kabinetinin 2018-ci il 4 iyun tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin daxili intizam Qaydaları”nda, “Naxçıvan Muxtar Respublikasında gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda, “Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısı”nda, 9 iyun tarixli qərarları ilə “Naxçıvan İpoteka Fondu”Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda, “Elektron xidmət növlərinin ­Siyahısı”nda və 13 iyun tarixli qərarı ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilmişdir.
Bununla yanaşı, Nazirlər Kabinetinin 2018-ci il 14 iyun tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazir­liyinin tabeliyində Naxçıvan Yun Tədarükü və Qəbulu İdarəsi yaradılmış, 22 iyun tarixli qərarı ilə “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nda və 28 iyun tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 fevral tarixli 17 nömrəli qərarında dəyişik­liklər edilmişdir.

Nazirlər Kabinetinin 2018-ci il 7 iyul tarixli qərarları ilə “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik səpininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Naxçıvan Muxtar Respublika Komissiyasının tərkibi”ndə, “Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nda, “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”ndə və Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli qərarı ilə “Məhsul ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın, “İxrac təşviqi şamil olunacaq məhsulların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 oktyabr tarixli 102 nömrəli qərarında dəyişikliklər edilmişdir.
Bununla yanaşı, Nazirlər Kabineti 2018-ci il 13 iyul tarixdə “Naxçıvan Şəhər Abadlıq və Təmir Tikinti İdarəsinin tabeliyinin dəyişdirilməsi haqqında” Qərar qəbul etmişdir.
Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR