24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində əhaliyə sərnişindaşıma xidməti göstərən sürücülərin iştirakı ilə növbəti seminar-müşavirə keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin şöbə müdirləri Zaur Əliyev və Elxan Novruzov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Ayaz İsmayılov çıxış ediblər. Çıxışlarda muxtar respublikada avtomobil nəqliyyatı ilə sərnişindaşımaları yerinə yetirən sürücülərin intizam qaydaları barədə məlumat verilib. Bildirilib ki, muxtar respublikada avtomobil nəqliyyatı sahəsində aparılan islahatlar, yol-nəqliyyat infra­strukturunun yenilənməsi, bu sahədə həyata keçirilən müxtəlif tədbirlər avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaların müasir tələblərə uyğun yerinə yetirilməsinə əlverişli şərait yaradıb.
Qeyd edilib ki, bu ilin ötən dövrü ərzində şəhərlərarası və rayonlararası marşrut avtobuslarının qrafiki təkmilləşdirilib, xətlərə çıxan avtobus və taksilərin texniki baxışları təşkil olunub.
Vurğulanıb ki, taksi sürücüləri ilə mütəmadi olaraq maarifləndirmə işləri aparılır. Bu gün muxtar respublikamıza gələn turistlərə göstərilən nəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi, qonaqlarla ünsiyyətin düzgün qurulması əsas məsələlərdəndir. Bu mənada, sürücülərin iştirakı ilə maarifləndirici xarakterli seminar-müşavirələrin keçirilməsi, muzeylərə ziyarətlərin təşkili, onların muxtar respublikanı təbliğ edəcək məlumat nəşrləri ilə təmin edilməsi xüsusi önəm daşıyır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR