Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən növbəti sessiyada qarşıya qoyulan vəzifələrin müzakirəsi ilə bağlı Həmkarlar İttifaqları Şurasında keçirilən kollegiya iclasını şuranın sədri Sucaxan Novruzov açaraq məruzə edib. Bildirib ki, hesabat dövründə şura öz işini işçilərin sosial-iqtisadi və hüquqi mənafelərinin qorunması istiqamətində qurub, işçilərlə işəgötürənlər arasında kollektiv əmək müqavilələrinin bağlanmasına nəzarəti gücləndirib, müqavilə vaxtı başa çatan təşkilatlarda kollektiv müqavilənin yenilənməsinə nail olunub. 2018-ci ilin ötən dövrü ərzində bağlanan kollektiv müqavilələrin sayı 675-ə çatıb.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən bu il şuranın xətti ilə muxtar respublikanın ümumtəhsil məktəbləri şagirdlərinin, Naxçıvan Dövlət Universiteti tələbələrinin və sağlamlıq imkanları məhdud uşaqların Şahbuz rayonunun Ağbulaq İstirahət Mərkəzində istirahəti təmin olunub. Əvvəlcədən müəyyənləşdirilən cədvələ əsasən muxtar respublikada fəaliyyət göstərən digər kollektivlərin də “Yay məktəbi” istirahəti bu il sentyabrın 12-dək davam etdiriləcək.
Sonra məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi