24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda keçirilən kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev açaraq hesabat dövründə görülən işlərdən danışıb.

Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq olunmuş və 2007-ci il 23 noyabr tarixli Fərmanı ilə dəyişikliklər edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə və “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları”na müvafiq olaraq 10 noyabr 2017-ci ildə işə qəbulla əlaqədar müsabiqə elan edilib, müsabiqənin nəticəsi olaraq 5 nəfər muxtar respublikanın prokurorluq orqanlarına, 3 nəfəri isə Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğuna işə qəbul olunublar.
Naxçıvan Muxtar Respublikasının prokuroru bildirib ki, Azərbaycan Respublikası Baş Prokurorunun “Prokurorluq orqanlarının kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq məsələləri haqqında” 2005-ci il 27 iyun tarixli əmrinin icrası ilə əlaqədar prokurorluq orqanları tərəfindən görülmüş işlər barədə ictimaiyyətin məlumatlandırılması işinin vəziyyətinin ümumiləşdirilməsinə dair icmal məktubda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun müsbət iş təcrübəsinin tabe qurumlarda yayılması məqsədəuyğun hesab olunub.

Məruzədə qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə ­verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının tələbələri prokurorluqda təcrübədə olublar.
Diqqətə çatdırılıb ki, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin olunması bundan sonra da prokurorluq orqanları tərəfindən davam etdiriləcək.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası ­Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında ədliyyə naziri, ikinci dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev məruzə ilə çıxış edib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 18 may tarixli Fərmanı ilə nazirliyin strukturunda dəyişiklik edilib. Buna uyğun olaraq Nazirlər Kabinetinin 2018-ci il 19 may tarixli Qərarı ilə nazirliyin yerli qurumlarının formalaşdırılması aparılıb, şöbə və bölmələr yaradılıb, dövlət notariat kontorlarının əsasında 6 xüsusi notarius təsis edilib, ekspertlərin sayı artırılıb, şəxsi heyətin rütbə təsnifatı müəyyənləşib.
Qeyd olunub ki, hesabat dövründə Hüquqi Aktların Dövlət Reyestrinə 77 hüquqi akt daxil olub. Onlardan 45-i normativ, 32-si isə qeyri-normativ-hüquqi aktlardır. Yeni hüquqi aktlar hesabına Dövlət Reyestrinin internet saytı daha da zənginləşdirilib və həmin elektron bazaya vətəndaşlar tərəfindən baxış sayı artıb. Nazirliyin rəsmi elektron səhifəsində “Mətbuat xidməti” bölməsi yaradılıb, həmin bölməyə məlumatlar yerləşdirilib.
Diqqətə çatdırılıb ki, məhkəmə qərarlarının vaxtında tam icra olunmasına nəzarət artırılıb, icra və probasiya şöbə və bölmələrinin icraatına 1608 icra sənədi daxil olub, bunlardan 408-i tam icra olunub, 1000-i icraya yönəlib, 40 icra sənədi geri qaytarılıb, 82-si ərazi aidiyyəti üzrə göndərilib. Bundan əlavə, Qeydiyyat və notariat şöbəsi tərəfindən 2018-ci ilin ilk altı ayı ərzində 6 qeyri-kommersiya hüquqi şəxs qeydiyyata alınıb, 1-i isə reyestrdən çıxarılıb. Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı təkrar şəhadətnamələrin verilməsi və sənədlərin leqallaşdırılması ilə bağlı 12 min 776 manat rüsum dövlət büdcəsinə ödənilib.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR