24 Dekabr 2024, Çərşənbə axşamı

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulan vəzifələr və 2018-ci ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin nəticələri ilə bağlı keçirilən kollegiya iclasında daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov geniş məruzə ilə çıxış edib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən ugurla həyata keçirilən ümummilli lider Heydər Əliyev siyasi kursunun məntiqi nəticəsi olaraq muxtar respublikada möhkəm təməllərə söykənən və dinamik sosial-iqtisadi tərəqqini təmin edən ictimai-siyasi asayiş və sabitlik dayanıqlı xarakter alıb.
Qeyd olunub ki, 2018-ci ilin ilk yarısı muxtar respublikanın ictimai-siyasi, sosial həyatının inkişafına müsbət təsir göstərən əlamətdar hadisələrlə səciyyələnib. 2018-ci ilin iyun ayının ilk həftəsində ölkə mediasının və ictimaiyyətin ən çox diqqət kəsildiyi və müzakirə etdiyi mövzu may ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə həyata keçirilən Günnüt əməliyyatı olub. Azad edilmiş ərazinin əhalinin ixtiyarına verilməsi növbəti mərhələdə daxili işlər orqanlarının fəaliyyətini şərtləndirir.

Diqqətə çatdırılıb ki, uğurlu kadr siyasətinin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kadr potensialının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən gənc əməkdaşların hazırlanması nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin bazasında nazirliyin Orta İxtisas Polis Məktəbi yaradılıb. Ali Məclis Sədrinin tapşırıq və tövsiyələri əldə rəhbər tutularaq nazirliyin ştat strukturunda əsaslı islahatlar həyata keçirilib, Naxçıvan Muxtar Respublikası Ali ­Məclisi Sədrinin 2018-ci il 13 iyun tarixli Fərmanı ilə nazirliyin yeni ştat strukturu təsdiq olunub. Bu ştat strukturu nazirlik sistemində idarəçilik və təşkilatçılıq işinin təkmilləşdirilməsinə, orqan və hissələrin qarşısında duran mühüm vəzifə və funksiyaların müasir dövrün tələblərinə uyğun daha məqsədyönlü şəkildə icrasına, xidməti və icra intizamının möhkəmləndirilməsinə geniş imkan yaradıb.
2018-ci ilin I yarısında muxtar respublikada cinayətkarlıqla mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qanunvericiliklə müəyyən edilmiş vəzifələr layiqincə yerinə yetirilib, əməliyyat şəraiti nəzarətdə saxlanılıb. Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və prokurorluğu üzrə muxtar respublika ərazisində 14 cinayət faktı qeydə alınıb. Cinayətlərin açılması 100 faiz təmin edilib. Bu dövrdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfər təqsirləndirilən şəxs tutularaq istintaq orqanlarına təhvil verilib.
Fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində hadisələrin birbaşa qarşısının alınması məqsədilə texniki sistemlərin tətbiqi və inzibati tənbehlər sərtləşdirilib.
2018-ci ilin I yarısında muxtar respublikanın avtomobil yollarında cəmi 1 yol-nəqliyyat hadisəsi qeydə alınıb və nəticədə, 1 nəfər ölüb, xəsarət alan olmayıb. Bu dövrdə 148 sərxoş sürücü aşkar edilərək barələrində qanuni tədbirlər görülüb.
Nazir diqqətə çatdırıb ki, cinayətlərin profilaktikasında və açılmasında informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti vardır. Müasir dövrdə ən geniş yayılmış mühafizə sistemlərindən biri olan videomüşahidə kameralarının nazirlik sistemində geniş istifadə edilməsi işin effektivliyini daha da artırıb. Xidməti istifadə üçün “Təhlükəsiz şəhər” layihəsi çərçivəsində quraşdırılmış kameralar vasitəsilə hesabat dövründə 74 hadisə aşkarlanıb ki, onlardan 60-ı maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi, 14-ü isə piyadalarla bağlı olub.
Qeyd olunub ki, vətəndaş məmnunluğunun təmin edilməsi çərçivəsində muxtar respublika rəhbərinin həyata keçirdiyi tədbirlərin bariz nümunəsi olan “Səyyari xidmət” tərəfindən bəhs olunan dövrdə 2897 müraciət qəbul olunaraq icra edilib.
Şəxsi heyət arasında mənəvi-psixoloji durumun yüksəldilməsi istiqamətində yarımil ərzində xidməti fəaliyyətin yerinə yetirilməsində fərqlənən əməkdaşların əməyi qiymətləndirilib. Belə ki, müvafiq dövr ərzində 1175 nəfər əməkdaş müxtəlif mükafatlara layiq görülüb.
Hesabat dövründə daxili işlər orqanlarının həyata keçirilən profilaktik-maarif­ləndirmə tədbirləri nəticəsində vətəndaşlar tərəfindən könüllü olaraq 188 (2017-ci ildə 105) silah və 8730 ədəd müxtəlif növ döyüş sursatı təhvil verilib.
Maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq nazirliyin İdman Cəmiyyətinə məxsus inzibati binası əsaslı təmir olunub. Bununla yanaşı, nazirliyin xidməti otaqlarında mərkəzi soyuducu sistem quraşdırılıb. 2 ədəd “Mersedes Citan” markalı və 1 ədəd “KİA SPORTAGE” markalı minik avtomobilləri alınaraq əməkdaşların xidməti istifadəsinə verilib.
“Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Ali Məclisin Sədri cənab Vasif Talıbov hər zaman olduğu kimi insan amilini əsas götürərək maarifləndirmə-profilaktika, ictimai asayişin və sabitliyin qorunması sahəsində tədbirlərin davam etdirilməsini, nizam-intizamın daha da möhkəmləndirilməsini tələb edib”, – deyən nazir bildirib ki, qarşıya qoyulan mühüm vəzifələr tam həcmdə yerinə yetiriləcək, sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması yüksək səviyyədə təmin ediləcək, Naxçıvanın cinayətsiz region prinsipi qorunacaq, əldə olunmuş nəticələr daha da inkişaf etdiriləcəkdir.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclasında çıxış edən Ali Məhkəmənin sədri Qasım Əliyev ölkəmizdə insan hüquqlarının təmin olunması və müasir standartlara cavab verən məhkəmə-hüquq islahatlarının aparılması barədə məlumat verib.
Ali Məhkəmənin sədri bildirib ki, əvvəlki illərdə olduğu kimi, 2018-ci­­­ ilin birinci yarısında da Naxçıvan Muxtar Rеspublikasında hüquq institutlarının inkişaf еtdirilməsi, məhkəmə оrqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq olunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Eyni zamanda qаnun­vеriciliyə еdilən əlаvələr və dəyişikliklər barədə müntəzəm olaraq muxtar respublikada yaşayan əhali аrаsındа hüquqi təbliğat və izahat işləri aparılıb.
Qeyd olunub ki, qanunvericilik bazasının mütəmаdi оlаrаq təkmilləşdirilməsi, məhkəmə orqanlarının yeni informasiya­-kommunikasiya texnologiyaları ilə təmin olunması məhkəmə sisteminin daha da müasirləşdirilməsinə səbəb olmaqla yanaşı, ədalət mühakiməsinin tam, obyektiv və qərəzsiz aparılmasına, məhkəmə nöqsanlarının və işlərə baxılmasında gecikdirilmə hallarının aradan qaldırılmasına, məhkəmə qərarlarının vaxtında icra olunmasına, məhkəmə müdafiəsi ­hüququnun daha möhkəm şəkildə təmin edilməsinə şərait yaradıb.
Ali Məhkəmənin sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan 2011-ci il 15 iyul tarixli “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində görülən işlərlə bağlı məlumat verərək bildirib ki, məhkəmə qərarlarının axtarış sistemli vahid elektron bazası təkmilləşdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparat rəhbəri Əjdər Əliyev çıxışında ixtisaslaşdırılmış, rayon (şəhər) məhkəmələri barədə 2018-ci ilin birinci yarısında Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinə daxil olmuş müraciətlərin ümumiləşdirilməsinin nəticələri barədə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmənin statistikasının təhlili şöbəsinin müdiri Mehdi Əliyev isə ixtisaslaşdırılmış, rayon (şəhər) məhkəmələri tərəfindən bəhs edilən dövrdə baxılmış işlərin ümumiləşdirilməsinin nəticələri barədə məlumat veriblər.
Sonra muxtar respublikanın ixtisaslaşdırılmış məhkəmələrinin, şəhər və rayon məhkəmələrinin sədrlərinin 2018-ci ilin birinci yarısında görülən işlərlə bağlı çıxışları dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2018-ci ilin birinci yarımilinə həsr olunmuş müşavirəni xidmətin rəisi, general-­mayor Səxavət Salmanov açaraq bildirib ki, cari ilin birinci yarısında çağırışçıların həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları əsasında çağırış kampaniyalarının keçirilməsi haqqında nəzərdə tutulmuş plan tapşırıqlar tam həcmdə yerinə yetirilib. Belə ki, həmin dövrdə – 2002-ci ildə anadan olmuş 2759 vətəndaşın 2374-ü artıq ilkin hərbi qeydiyyata alınıb və bu iş hazır­da davam etdirilir. Bu ilin ilk 6 ayı ərzində 127 nəfər gəncin sürücülük məktəbinin tam kursunu bitirdikdən sonra sürücülük vəsiqələri ilə təmin edilərək çağırış kampaniyalarında hərbi hissələrə göndərilmələri nəzərdə tutulub.
Qeyd olunub ki, 2018-ci ilin birinci yarımilində Dövlət Xidmətinin idarə və şöbələri tərəfindən hərbi hissələrin hərbi qulluqçularla komplektləşdirilməsi işi davam etdirilib. Hərbi kadrların düzgün seçilməsi, yerləşdirilməsi məqsədilə attestasiyanın keçirilməsi xidmət tərəfindən təmin edilir. 2018-ci ilin birinci yarımilində xidmətin rayon (şəhər) idarə və şöbələrinə 2 nəfər zabit, 5 nəfər mülki işçi qəbul edilib. Hesabat dövrünün yarımilində yanvar, aprel aylarında həqiqi hərbi xidmətini başa vurmuş hərbi vəzifəlilərin qeydiyyata alınması işləri təşkil olunub, hərbi xidmətdən qayıtmış gənc­lərlə fərdi söhbətlər aparılıb, onlara səfərbərlik sərəncamları təqdim edilib. Ehtiyata tərxis olunan hərbi vəzifəlilərdən yenidən həqiqi hərbi xidmət keçmək üçün Əlahiddə Ümumqoşun Ordusuna 244, Fövqəladə Hallar Nazirliyinə 19, Daxili Qoşunlara 14, Dövlət Sərhəd Xidmətinə 43 nəfər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu namizəd seçilərək göndərilib. Eyni zamanda yaşayış yerlərini dəyişmiş hərbi vəzifəlilərin qeydiyyat sənədləri dəqiqləşdirilib, onların hərbi uçot məsələləri həll olunub.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR