Dünən AMEA Naxçıvan Bölməsində keçirilmiş “Heydər Əliyev lektoriyası”nın 55-ci məşğələsi 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuşdu.
Lektoriyanı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 1993-cü ilin iyun hadisələrindən, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, xalqımızın taleyində, mənəvi, siyasi, ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər göstərən ümummilli lider Heydər Əliyevin Azərbaycanı böyük bəlalardan xilas etməsindən, ulu öndərin yorulmaz siyasi fəaliyyətindən və ötən müddət ərzində ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb. Akademik qeyd edib ki, ulu öndər Heydər Əliyev zəngin idarəetmə və dövlətçilik təcrübəsinə arxalanaraq, hər şeydən əvvəl, ölkədə özbaşınalığa son qoyaraq müstəqilliyimizin möhkəmləndirilməsinə, haqq-ədalətin bərpasına, müharibədə atəşkəsə nail oldu. Özünün uğurlu siyasəti ilə vətəndaş müharibəsinin və etnik parçalanmanın qarşısını alan dahi rəhbər hakimiyyətə yenidən qayıdışı ilə Milli Qurtuluşumuzun əsasını qoydu və 1993-cü ilin 15 iyun günü Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Bu qayıdış Azərbaycanın müstəqilliyini dünya müstəvisində reallığa çevirdi. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün Onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmizin hərtərəfli və sürətli inkişafı, xarici siyasətimizdəki uğurlar, vətəndaşların rifahı naminə həyata keçirilən qlobal layihələr məhz Heydər Əliyev siyasətinin təntənəsidir.
Lektoriyada AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası” mövzusunda məruzəsi dinlənilib.
Sonra məruzə ətrafında Biоresurslar İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü, professor Tariyel Talıbоv, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Hacıfəxrəddin Səfərli çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin qurucusu və yaradıcısı оlduğu müstəqil Azərbaycan dövlətinin ayrı-ayrı sahələrdəki uğurlarından söhbət açıblar.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi