25 Dekabr 2024, Çərşənbə

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının Tənənəm kəndində keçirdiyi tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi yad edilib. Sonra təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev məruzə edərək bildirib ki, tarixin müəyyən mərhələlərində ermənilər tərəfindən Azərbaycan xalqına qarşı soyqırımı cinayətləri törədilib. 1918-ci ilin mart soyqırımı xalqımız üçün ən faciəli səhifələrdən biri olub. Təkcə 1905-1907-ci illərdə və 1918-1920-ci illərdə bir milyondan çox azərbaycanlı qətlə yetirilib.
Vurğulanıb ki, ötən əsrin 90-cı illərində ermənilər yaranmış vəziyyətdən istifadə edərək Azərbaycana qarşı növbəti ərazi iddialarını genişləndiriblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi törədilib, Dağlıq Qarabağ və ona bitişik rayonlar işğal edilib. Bu gün ermənilər əzəli Azərbaycan torpaqlarını hələ də işğal altında saxlayırlar.
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri qeyd edib ki, bu vəhşilik və vandalizm hadisələri uzun illər hüquqi-siyasi qiymətini almayıb. Bu mənada, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixdə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı xalqımıza qarşı erməni vandalizminin ifşa olunması, soyqırımı faktlarının dünya ictimaiyyətinə çatdırılması, 31 mart hadisələrinə siyasi-hüquqi qiymət verilməsi baxımından mühüm tarixi sənəddir.

Tədbirdə Tənənəm kənd ərazi ilk partiya təşkilatının sədri Nazim Eyvazov, kənd tam orta məktəbinin tarix müəllimi Şükür İsmayılov və digərləri çıxış ediblər. Bildirilib ki, bu gün ulu öndər Heydər Əliyevin siyasi-ideoloji xəttini uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyev xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

*  *  *

1918-ci il azərbaycanlı­ların soyqırımının 100-cü ildönümü münasibətilə Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin 220-ci məşğələsi keçirilib.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məşğələni giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb. Çıxışda 1918-ci il martın 31-də baş vermiş qanlı hadisənin ermənilərin xalqımızın əleyhinə törətdikləri cinayət olduğu və bu tarixin yaddaşımızdan heç vaxt silinməyəcəyi vurğulanıb. Rektor tarixi hadisələrin gələcək nəsillərə ötürülməsi istiqamətində görülən tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb və tələbələrə xalqımızın başına gətirilən müsibətlərin dünyaya çatdırılmasında fəal olmalarının vacibliyini bildirib.
Universitetin tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədov qeyd edib ki, azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Təkcə ötən əsrdə Azərbaycanın əhalisi dörd dəfə – 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən insan hüquqlarının pozulmasına, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımına və deportasiyaya məruz qalıb.
Sonda soyqırımı haqda film nümayiş olunub.

Xəbərlər şöbəsi

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR