25 Dekabr 2024, Çərşənbə

11 aprel 2018-ci ildə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıqla əlaqədar olaraq muxtar respublikada fəaliyyət göstərən seçki dairələrinin dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının üzvləri üçün təşkil olunmuş seminar-treninqlər davam etdirilir.
3 saylı Babək-Kəngərli-Naxçıvan Dairə Seçki Komissiyasının iclas zalında keçirilmiş seminar-treninqi giriş sözü ilə açan komissiyanın sədri Zahid Ələkbərov seçki məntəqələrinin səsverməyə hazırlanması barədə məlumat verib. Bildirib ki, seçki məntəqələrində səsvermə kabinələri və müvafiq məlumat lövhələri düzəldilməli, səsvermə qaydasına dair təlimat plakatları divara vurulmalı, səsvermə üçün zəruri olan material və avadanlıqlar yerləşdirilməlidir.
Dairə seçki komissiyasının sədri çıxışında vurğulayıb ki, səsvermə başlanmazdan əvvəl məntəqə seçki komissiyasının üzvləri seçki bülletenlərini saymalı, onların hər birinin möhürləndiyini yoxlamalıdır. Səsvermə günü səhər saat 750-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan etməli, boş seçki qutularını seçki komissiyasının üzvlərinə, seçki məntəqəsində olan müşahidəçilərə göstərməli, onları bağlamalı, fərdi nömrələnmiş və təhlükəsizlik üçün nəzərdə tutulmuş birdəfəlik plastik kilidlərlə kilidləməlidir. Bu nömrələr müvafiq aktda qeyd olunmalıdır.

Qeyd edilib ki, gözəgörünməyən mürəkkəb və ultrabənövşəyi lampalar da seçki məntəqəsi açılmazdan əvvəl müşahidəçilərin müşahidəsi ilə yoxlanılmalıdır. Daha sonra dairə seçki komissiyasının sədri səsvermə günü səsvermə otağında kimlərin ola biləcəyi və zəruri hallarda seçki məntəqəsinə kimlərin dəvət oluna biləcəyi barədə ətraflı məlumat verib.
Daha sonra çıxış edən dairə seçki komissiyasının katibi Şəmil Əliyev səsvermə prosesi haqqında məlumat verərək bildirib ki, məntəqə seçki komissiyasının sədri komissiya üzvləri arasında iş bölgüsü apararkən qanunvericiliyin tələblərini gözləməlidir. Səsvermənin başlandığı elan olunduqdan sonra məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri, onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsinin əvvəlcə xüsusi maye ilə işarələndiyini müəyyən etmək üçün ultrabənövşəyi lampadan istifadə etməklə yoxlamalı və içəri daxil olmağa icazə verməlidir. Bu cür işarələnmə müəyyən edilərsə, seçiciyə seçki bülleteni verilmir. Məntəqə seçki komissiyasının digər üzvü seçicinin adının seçici siyahısında olduğunu yoxlayıb ona seçki bülleteni verməlidir. Seçici barmağının işarələnməsindən imtina etdiyi təqdirdə ona seçki bülleteni verilməyəcəyi həmin komissiya üzvü tərəfindən izah olunmalıdır. Seçici bununla razılaşmadığı halda ondan seçki məntəqəsini tərk etmək tələb edilməlidir.
Seminar-treninqdə çıxış edən dairə seçki komissiyasının böyük məsləhətçisi Səfər Hüseynov səslərin sayılması və protokolların doldurulması barədə məlumat verərək bildirib ki, səslərin sayılmasını yalnız məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri birbaşa həyata keçirirlər. Səslərin hesablanması üçün münasib şəraitin yaradılmasından ötrü lazım olmayan materiallar və avadanlıqlar bir tərəfə yığılmalı, zəruri olan bütün sənədlər və əşyalar masaya gətirilməli, səslərin hesablanması və protokolun doldurulmasının mərhələləri haqqında komissiya üzvləri ətraflı ­məlumatlandırılmalıdır.

*  *  *

7 saylı Ordubad-Culfa Dairə Seçki Komissiyasında keçirilən seminar-treninqdə komissiyanın sədri Həsən Həsənov seçki prosesi, seçicinin və məntəqə seçki komissiyası sədrinin hüquq və vəzifələrindən bəhs edərək bildirib ki, səsvermə başa çatdıqdan sonra əvvəlcə qaralama protokol yazılır.
Protokolun qaralama nüsxəsi doldurulub yoхlandıqdan sonra karbonlaşdırılmış protokol düzgün, səliqəli tərtib еdilərək digər sеçki sənədləri ilə birlikdə dairə sеçki komissiyasına təqdim еdilməlidir.
Tədbirin sonunda Həsən Həsənov əminliyini bildirib ki, 7 saylı Ordubad-Culfa Dairə Sеçki Komissiyası və onun ərazisində olan məntəqə sеçki komissiyaları əvvəlki sеçkilərdə olduğu kimi qarşıdan gələn prezident sеçkilərinin də Sеçki Məcəlləsinin tələblərinə uyğun olaraq kеçirilməsi təmin ediləcək, seçki prosesində şəffaflıq qorunub saхlanılacaq.

*  *  *

6 saylı Culfa-Babək Dairə Seçki Komissiyasında keçirilən seminar-treninqdə komissiyanın sədri Əzim Əzimov çıxış edərək seçkilər günü məntəqə seçki komissiyalarında səsvermənin təşkili və səsvermə prosesi başa çatdıqdan sonra məntəqə seçki komissiyalarının üzərinə düşən vəzifələrdən danışıb. O, seçkilərin mütəşəkkil və demokratik şəkildə keçirilməsi, seçici hüquq və imtiyazlarının qorunması, seçki bülletenini sərbəst almaq və yazıb doldurmaq imkanı olmayan fiziki imkanları məhdud şəxslərin səsvermədə iştirak etməsinə qanunauyğun şəkildə köməklik göstərilməsi, daşınan seçki qutularından istifadə, səsvermə günü qanun-­qaydalara riayət olunması və ictimai asayişin qorunması məqsədilə qarşıda duran vəzifələrdən danışıb.
Dairə seçki komissiyasının böyük məsləhətçisi Bəhlul Haqverdiyev yerli və beynəlxalq müşahidəçilərin, səlahiyyətli nümayəndələrin, qeydiyyatdan keçmiş kütləvi informasiya vasitələri təmsilçilərinin seçkilərdə iştirakı, səlahiyyətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Dairə seçki komissiyasının üzvü Babək Məmmədov səslərin hesablanması, hansı hallarda seçki bülletenlərinin etibarsız sayılacağı və yekun protokolun doldurulması ilə bağlı məlumatları diqqətə çatdırıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR