22 Dekabr 2024, Bazar

Şahbuz rayonunda inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə “Qeydiyyat və notariat sahəsində aparılan əməliyyatlarda qanunvericiliyin tələbləri” mövzusunda seminar-müşavirə keçirilmişdir.
Seminar-müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyətinin şöbə müdiri İmran Məmişov açmışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəm­ovun, Qeydiyyat və notariat şöbəsinin baş məsləhətçisi, kiçik ədliyyə müşaviri Səyyub Kərimovun məruzələri dinlənilmişdir.
Vurğulanmışdır ki, qeydiyyat və notariat sahəsində aparılan əməliyyatlar zamanı qanunvericiliyin tələblərinə riayət olunmalıdır. Notariat hərəkətlərinə görə qəbul edilmiş dövlət rüsumu vaxtında dövlət büdcəsinə köçürülməli, dövlət notariusunu və əməliyyatları aparan icra nümayəndəsi müvafiq qanunvericiliyin, xüsusilə notariat haqqında qanunun və təlimatın tələblərinə riayət etməlidir. Kargüzarlığın qeydiyyatı zamanı qaralama, pozuntu hallarına yol verilməməlidir. Müraciət etmiş şəxslərin şəxsiyyəti müəyyən edilməli, əməliyyat rəsmiləşdirilən zaman vətəndaşların şəxsən iştirakı təmin edilməlidir. Daşınmaz əmlakın özgəninkiləşdirilməsi, vərəsəlik, etibarnamələrin verilməsi və digər notariat əməliyyatları zamanı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət edilməsi diqqət mərkəzində saxlanılmalıdır.
Vətəndaşlıq vəziyyəti aktları hərəkətlərinə görə dövlət rüsumu ödənildikdən sonra qeydiyyat şöbəsinin rəisi və əməliyyatları aparan icra nümayəndəsi əməliyyatı rəsmiləşdirərkən müvafiq qanunvericiliyin, Ailə Məcəlləsinin və vətəndaşlıq vəziyyəti aktları haqqında təlimatın tələblərinə riayət etməlidir.
Sonda seminar-müşavirə işti­rakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR