25 Dekabr 2024, Çərşənbə

Güclü silahı, zirehli müdafiəsi və yüksək manevr qabiliyyəti olan BTR-82A zirehli transportyoru döyüş meydanında piyadaların hərəkət imkanlarını və mobilliyini artırmaq, döyüş fəaliyyətlərini atəşlə təmin etmək, düşmənin müxtəlif silah sistemlərinə qarşı effektiv mübarizə aparmaq, canlı qüvvəsini və hava hədəflərini məhv etmək, ekipajın atıcı silahlardan, mina və mərmi qəlpələrindən, kütləvi qırğın silahlarından qorunması məqsədilə təyin olunub.

Rusiyanın “Hərbi Sənaye Kompleksi” müəssisəsi tərəfindən istehsal olunan BTR-82A zirehli transportyoru öz sələflərini döyüş və texniki xüsusiyyətlərinə görə praktik olaraq iki dəfədən çox üstələyir. Əvvəlki nəsil zirehli transportyorlardan fərqli olaraq BTR-82A daha güclü mühərriklə təmin olunub, zirehi gücləndirilib, kondisioner, beşinci nəsil müasir rabitə vasitələri ilə təchiz edilib.
Zirehli transportyorun məsafədən idarə olunan döyüş moduluna əsas silah kimi 30 millimetrlik 2A72 avtomat top və ikinci silah kimi 7.62 millimetrlik PKTM pulemyotu daxildir. Maşının heyəti 3, desant tutumu 7 nəfər, döyüş ağırlığı 16 tondur. Zirehli transportyor 300 at gücünə malik mühərriklə təchiz edilib.
Böyük atəş imkanları və dağlıq şəraitdə yüksək keçid qabiliyyətinə malik zirehli transportyorların döyüşə hazır vəziyyətə gətirilməsi məqsədilə gecə və gündüz şəraitində keçirilən məşqlərdə bütün tapşırıqlar uğurla icra olunub.

Nəriman NƏCƏFOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR