25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Dövlət Universitetində Heydər Əliyev lektoriyasının 2 fevral – Gənclər Gününə həsr olunmuş “Heydər Əliyev və gənc­lər siyasəti” mövzusunda növbəti məşğələsi keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh ­Məhərrəmov tədbiri açaraq dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini və keyfiyyətcə yeni mərhələyə yüksəldiyini deyib. Çıxışda ümummilli liderin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə gənclərlə bağlı həyata keçirilən islahatlardan, gənclərin ölkə həyatının bütün sahələrində fəal iştirakının təmin edilməsi məqsədilə görülən işlərdən danışılıb.
Universitetin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid “Ulu öndər Heydər Əliyev və gənclər siyasəti” mövzusunda məruzə edib. Məruzədə 1994-cü ildə dövlət gənc­lər siyasətini həyata keçirmək məqsədilə Gənclər və İdman Nazirliyinin yaradılmasından, 1996-cı il fevralın 2-də ulu öndər Heydər Əliyevin iştirakı ilə Ümumrespublika Gənclərinin I Forumunun keçirilməsindən, gənclər siyasəti ilə bağlı ümummilli lider tərəfindən imzalanmış fərman və sərəncamların mahiyyətindən danışılıb.

Qeyd olunub ki, dövlət gənclər siyasəti ölkəmizin bütün bölgələrində, eləcə də Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir, gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, elm və təhsil ocaqları, gənclər evləri, idman kompleksləri tikilib istifadəyə verilir. Gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir.

* * *

Şərur şəhərindəki “Bahar” kinoteatrında bu münasibətlə keçirilən tədbirdə Şərur Rayon Gənclər və İdman İdarəsinin rəisi Ramil Dada­şov çıxış edərək ulu öndərimiz Heydər Əliyevin gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğıdan, müasir Azərbaycanın inkişafında gənclərin mühüm rolundan danışıb. Qeyd edib ki, Azərbaycan gəncliyi ulu öndərin tövsiyələrinə uyğun olaraq ictimai həyatın bütün sahələrində fəal iştirak edirlər. Bugünkü gənclik müstəqil dövlətimizin daha da güclənməsi naminə əzmlə çalışır.
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Gənclər Birliyinin üzvü Cahandur Məhərrəmov məruzəsində vurğulayıb ki, ümummilli liderimizin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, təhsilin və idmanın inkişafı məsələləri dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.
Tədbirdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Yasəmən Əliyeva, Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbinin müəllimi Murad Əliyev, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Hüseyn Talıbov çıxış edərək vurğulayıblar ki, muxtar respublikamızda gənclərin bilik və bacarıqlarının artırılması, cəmiyyətdə layiqli yer tutması üçün onlara hər cür şərait yaradılıb. Bu gün cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənc­lərin iştirakının təmin olunması diqqət mərkəzindədir. Muxtar respublikada gənc nəslin milli adət-ənənələrə, milli dəyərlərə bağlılıq ruhunda formalaşması üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Gələcəyimiz olan gənclərin təhsilinin, məşğulluğunun təmin edilməsi, ehtiyaclarının dolğun ödənilməsi məsələsi də bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Sonda zərərli vərdişlərlə mübarizə mövzusunda çəkilmiş “Mayak” bədii filmi nümayiş etdirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR