22 Dekabr 2024, Bazar

Ölkəmizin aparıcı siyasi təşkilatı və iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası özünün V qurultayına hazırlaşır. Bu məqsədlə may ayının 31-də Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının X konfransı keçirilmişdir.
Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli məruzə etmişdir. Bildirilmişdir ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edilən Yeni Azərbaycan Partiyası ölkədə siyasi anarxiya və xaosun hökm sürdüyü taleyüklü bir anda yaradılmışdır. Müxalifət partiyası kimi yaradılsa da, cəmi 7 ay sonra, 1993-cü ilin iyun ayında obyektiv tarixi şəraitin diqtəsi ilə hakimiyyətə gələn Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, dövlətçiliyimizin əbədi varlığının qarantı və istiqlaliyyətin başlıca təminatçısı olan siyasi gücə çevrilmişdir.

Hazırda 600 minə yaxın vahid siyasi əqidə sahibini sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının, eləcə də onun 1993-cü il noyabr ayının 5-də yaradılmış Naxçıvan Şəhər Təşkilatının əsas formalaşma mərhələsi bilavasitə ümummilli liderimizin rəhbərliyi altında həyata keçirilmişdir. IX konfransdan keçən müddətdə 1417 nəfər partiya sıralarına üzv qəbul olunmuş, 25 nəfər isə partiyanın digər rayon (şəhər) təşkilatlarından uçota götürülmüşdür. Partiya sıralarına yeni qəbul edilənlərdən 819 nəfəri (58 faiz) qadınlar, 1278 nəfəri (90 faiz) gənc­lərdən ibarətdir. 193 ərazi ilk partiya təşkilatı olan Naxçıvan Şəhər Təşkilatı üzvlərinin sayı ötən dövrdə 14010 nəfərdən 15187 nəfərə çatmışdır. Təşkilat üzvlərinin 7764 nəfərini (51 faiz) qadınlar, 8348 nəfərini (55 faiz) 18-35 yaşlı gənclər təşkil edir. 
Qeyd edilmişdir ki, 2013-cü ildə ölkəmizin həyatında və tarixində çox mühüm siyasi aksiya olan növbəti prezident seçkiləri keçiriləcəkdir. Son 4 prezident seçkisində, 1993 və 1998-ci illərdə partiyamızın qurucusu ümummilli lider Heydər Əliyev, 2003 və 2008-ci illərdə onun ən layiqli davamçısı cənab İlham Əliyev qalib gəlmiş, müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, əbədiliyinin təmin edilməsi və hərtərəfli inkişafı üçün misilsiz işlər görmüşlər. Bu baxımdan xalqımızda, seçicilərin böyük əksəriyyətində artıq Azərbaycanda Heydər Əliyev yolunun alternativsiz milli dövlətçilik yolu olması qənaəti tam formalaşmış və möhkəmlənmişdir.
Builki prezident seçkilərində cənab İlham Əliyevin namizədliyi yenə də Azərbaycan cəmiyyətinin yekdil sosial-siyasi sifarişidir. Partiyamız ən müxtəlif səviyyələrdə öz sədrinin namizədliyini irəli sürmək barədə iradəsini artıq bəyan etmişdir. Yeni Azərbaycan Partiyasının yaxın günlərdə keçirilməsi nəzərdə tutulan V qurultayı bu iradəni qəti olaraq rəsmiləşdirərək partiyamızın və xalqımızın vahid lideri olan cənab İlham Əliyevin namizədliyini irəli sürmək barədə yekun qərarını qəbul və elan edəcəkdir.
Bildirilmişdir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Azərbaycan Respublikasının Prezidentliyinə 2013-cü ilin oktyabr ayında keçiriləcək seçkilərdə bütün potensialını səfərbər edərək Naxçıvan şəhərində vahid namizədimizin qələbəsi naminə var qüvvəsi ilə çalışacaqdır. Bu baxımdan hər bir partiya üzvü qarşıdan gələn prezident seçkiləri kampaniyasında son dərəcə fəal olmalı, siyasi fəallığı ilə vahid məqsəd uğrunda mübarizə aparmalıdır. Bu ali məqsəd Azərbaycanda Heydər Əliyev yolunun, milli dövlətçiliyin varlığının və ölkə­mizin müstəqilliyinin qorunması, bugünkü inkişafımızın davam etməsi naminə cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçil­məsidir. Əminik ki, biz bu məqsədə müvəffəqiyyətlə nail olacağıq.
Konfransda Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçilmişdir.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR