25 Dekabr 2024, Çərşənbə

AMEA Naxçıvan Bölməsində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan “20 Yanvar – azadlığımızın və milli iradəmizin simvolu” mövzusunda elmi konfrans keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək SSRİ-nin ermənipərəst rəhbərliyinin Azərbaycan xalqına qarşı məkrli siyasəti nəticəsində 20 Yanvar faciəsinin törədildiyini bildirib. Qeyd edib ki, həmin gün Azərbaycan xalqının tarixinə tək faciə kimi yox, həm də qəhrəmanlıq zirvəsi kimi yazılıb.
İsmayıl Hacıyev ölkə­mizin həmin ərəfədə informasiya blokadasında olduğunu və ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində cəsarətli bəyanatı ilə xalqın səsini dünyaya çatdırdığını söyləyib.
Sonra bölmənin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “20 Yanvar faciəsi ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət”, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Ümummilli lider Heydər Əliyev və 20 Yanvar faciəsi”, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilov “20 Yanvar faciəsi – insanlığa qarşı cinayət” və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova “20 Yanvar hadisələri bədii ədəbiyyatda” mövzularında elmi məruzələrlə çıxış ediblər.
Tədbirdə, həmçinin Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasından parçalar, Qabilin “Mərsiyə”sindən, Məmməd Arazın “Ayağa dur, Azərbaycan”, Məmməd Aslanın “Ağla, qərənfil, ağla”, eləcə də Asim Yadigarın “Şəhidlik”, Xanəli Kərimlinin “Bütövlük” poemalarından parçalar, Vaqif Məmmədovun “Sədərək harayı” və digər şairlərin bu qəbildən olan şeirləri diqqətə çatdırılıb.
Tədbir iştirakçıları bölmənin Elektron kitabxanasında təşkil edilən “Qanlı 20 Yanvar” başlıqlı sərgi ilə də tanış olublar.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR