25 Dekabr 2024, Çərşənbə

20 Yanvar faciəsi ərəfəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bir qrup fəal gəncin Xatirə Muzeyinə ekskursiyası təşkil edilib. Ekskursiyanın məqsədi gəncləri xalqımızın qəhrəmanlıq tarixi ilə tanış etmək olub.

Tədbirdə əvvəlcə nazirliyin yaradıcı gənclərlə iş üzrə baş məsləhətçisi Kənan Tağızadə, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Səyyar Məmmədov çıxış edərək bildiriblər ki, Azərbaycan xalqı öz qəhrəman övladlarının əziz xatirəsini həmişə uca tutur və dərin ehtiramla yad edir. Xalqımızın tarixində elə hadisələr vardır ki, qəlblərimizdə əbədi yaşayır və azadlığın rəmzinə çevrilir. Bu mənada, 20 Yanvar xalqımızın tarixində qürur və iftixar rəmzidir. Gələcək nəsillər də onların qəhrəmanlığını ehtiramla xatırlayacaqdır.
Gənclərin muzeylə tanışlığı zamanı onlara bildirilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1997-ci ildə yaradılıb, 2000-ci ilədək Şəhidlər Muzeyi adı ilə fəaliyyət göstərib. 8 avqust 2000-ci ildən etibarən muzey Xatirə Muzeyi adlanır. Hazırda muzeydə 2000-dən çox eksponat vardır. Onlardan 350-yə qədəri ekspozisiyada nümayiş etdirilir.
Qeyd edilib ki, Azərbaycanda baş verən soyqırımlara ilk siyasi-hüquqi qiyməti ümummilli lider Heydər Əliyev verib.
Muzeydə torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda xalqımızın apardığı mübarizəni əks etdirən sənədlər, tarixi eksponatlarla tanışlıq gənclərdə böyük təəssürat yaradıb.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR