25 Dekabr 2024, Çərşənbə

Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il iyunun 2-də imzaladığı Sərəncama əsasən Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin həmin il noyabrın 25-də keçirilən ilk iclasında hazırlıqla bağlı görüləcək işlərin istiqaməti müəyyənləşdirilib, Tədbirlər Planının layihəsi müzakirə olunub.
Tədbirlər Planında poçt markası və zərfin buraxılması da nəzərdə tutulub. Artıq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin sifarişi ilə “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanmış 100 min marka və 100 min zərf muxtar respublikaya gətirilib və yanvar ayının 8-dən etibarən tədavülə buraxılıb. Ölkədaxili və beynəlxalq poçt göndərişlərində istifadə olunması nəzərdə tutulan standartölçülü poçt markasının üzərində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqosunun rəsmi həkk olunmuşdur. Markanın dəyəri 50 qəpikdir. Üzərində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” logosunun təsviri olan poçt zərfinin isə ölçüləri 220 x 112 millimetrdir.
Bundan əlavə, içərisində 12 ədəd marka və 1 ədəd birinci gün zərfi olan və üzərində Haçadağın “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqotipinin və “Gülüstan” türbəsinin əks olunduğu 100 ədəd hədiyyə bukleti hazırlanıb.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR