25 Dekabr 2024, Çərşənbə

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ötən il ərzində ziyarət edənlərin sayı 13 min 165 nəfərə çatıb. Onlardan 2928-i xarici ölkə vətəndaşlarıdır.
2017-ci ildə muxtar respublikada fəaliyyət göstərən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının muzeylərə ekskursiyaları davam etdirilib. Ötən il Heydər Əliyev Muzeyinə 1733 ekskursiya təşkil olunub.
Bəhs olunan dövrdə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin, həmçinin orta məktəb şagirdlərinin iştirakı ilə muzeydə 85 açıq, 4 interaktiv dərs təşkil olunub, 5 tədbir keçirilib.
Heydər Əliyev Muzeyi naxçıvanlılarla yanaşı, muxtar respublikaya ölkəmizin digər regionlarından və xarici dövlətlərdən gələn qonaqların ən çox üz tutduqları ünvandır. Muzey görkəmli dövlət xadiminin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla zəngindir. Hazırda eksponatların sayı 4678-ə çatıb. Onlardan 49-u 2017-ci ildə muzeyə verilib.
Azərbaycanın müasir dövlətçilik tarixi və ümummilli liderin siyasi irsi ilə maraqlananlar dəyərli məlumatlar əldə etmək üçün bu mədəniyyət müəssisəsinin kitabxana fondundan da səmərəli istifadə edə bilirlər. Muzeyin kitabxanasında 615 adda 1255 kitab var.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR