25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində keçirilən seminar-müşavirədə ­2017-ci ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatda əlaqələndirmə və lisenziyalaşdırma şöbəsinin müdiri Yasin Əliyev bildirib ki, bu gün nəqliyyat sahəsinin inkişafı diqqətdə saxlanılır. Sərnişindaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması üçün sahibkarlarla maarifləndirmə işi aparılır, ucqar dağ və sərhəd kəndlərində işləyən marşrut avtobuslarının fəaliyyətinə ciddi nəzarət olunur.
“Şəhərdaxili nəqliyyatda qış mövsümünün qüsursuz başa vurulması yolları” mövzusunda çıxış edən Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin rəis əvəzi İlkin Məmmədov vurğulayıb ki, 2017-ci ilin iyul ayında idarəyə 5 ədəd minik avtomobili alınıb, avqust ayından etibarən isə sərnişindaşıma nəqliyyat xidmətinə cəlb edilib. Qış mövsümü ərzində soyuq hava şəraiti nəzərə alınaraq avtobusların daxili qızdırıcı sistemləri təmir olunub. Sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi üçün nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olması bu gün də diqqətdə saxlanılır.

Nəqliyyat Nazirliyinin Nəqliyyatda təhlükəsizlik və fövqəladə hallar sektorunun müdiri Əsgər Əhmədov “İctimai nəqliyyatda, avtobus parkında və avtovağzallarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi qaydaları, fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda çıxış edib. Bildirib ki, il ərzində nazirliyin Nəqliyyatda təhlükəsizlik və fövqəladə hallar sektorunun işçiləri Naxçıvan şəhərində işləyən müxtəlif marşrutların, irihəcmli avtobusların çəkic, tibbi dərman qutusu, yanğınsöndürən balonlarla təmin olunmasına, bu yanğınsöndürən balonların işlək vəziyyətdə olmasına nəzarəti gücləndirib.
Sonra suallar cavablandırılıb.

 Fatma BABAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR