Dekabrın 26-da Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransa Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının Nəzarət-Təftiş Komissiyasının sədri Sultan İsmayılov sədrlik edib. Konfransın gündəliyi təsdiq edildikdən sonra Əbülfəz Əsgərovun hesabat məruzəsi dinlənilib.
Qeyd olunub ki, Naxçıvan Muхtаr Rеspublikаsı Аli Məclisi Sədrinin diqqət və qayğısı sаyəsində bütün sаhələrdə yüksək nаiliyyətlər qаzаnılıb. Qаzаnılan nаiliyyətlər muхtаr rеspublikаdа аğsаqqаllаrın, аhıl vətəndаşlаrın sоsiаl vəziyyətinin əhəmiyyətli dərəcədə yахşılаşmаsınа səbəb оlub. Muхtаr rеspublikаdа аğsаqqаllаr, аhıl vətəndаşlаr hər cür dövlət qаyğısı ilə əhаtə оlunublar.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurası muxtar respublikada sosial-iqtisadi sahələrdə həyata keçirilən dövlət siyasətini təbliğ edən, ahıl vətəndaşların muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirakına çalışan ictimai təşkilatdır. Şura hesabat dövründə fəaliyyətini bu istiqamətdə qurmuş, muxtar respublikada aparılan quruculuq işlərinin, əldə olunan inkişafın əsas təbliğatçısı olmuş, milli və mənəvi dəyərlərimizin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində tədbirlər keçirmişdir.
Hesabat məruzəsi ətrafında müzakirələrdə Kəngərli Rayon Ağsaqqallar Şurasının sədri Nahas Səfərovun və Sədərək Rayon Ağsaqqallar Şurasının sədri Əkbər Kərimovun çıxışları dinlənilib. Hesabat məruzəsi və məruzə ətrafında çıxışlarda muxtar respublikada aparılan tikinti-quruculuq işlərinə, əldə olunan inkişafa, həmçinin ağsaqqallara göstərilən qayğıya görə ağsaqqallar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlıq edilmişdir.
Sonra Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının Nizamnaməsi oxunub və səsə qoyularaq yekdilliklə qəbul olunub.
Konfransda İdarə Heyətinin 5 nəfərdən ibarət yeni tərkibi seçilib. Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının üzvü Əkrəm Məmmədli Məmmədov Məmməd Qasım oğlunun Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədrliyinə namizədliyini irəli sürüb. Təklif səsə qoyulub və qəbul olunub.
Məmməd Məmmədov göstərilən etimada görə minnətdarlığını bildirərək qeyd edib ki, fəaliyyətini günün tələbləri səviyyəsində quracaq, gənc nəsillə bağlı işə diqqətini artıracaq, vətənpərvər gəncliyin yetişdirilməsi, milli dəyərlərin, adət-ənənələrin yaşadılması istiqamətində tədbirlər keçirəcəkdir.
Konfransda Ağsaqqallar Şurasının Nəzarət-Təftiş Komissiyasının yeni tərkibi müəyyən olunub. Komissiyanın üzvlüyünə namizədlər səsə qoyulub və qəbul olunub. İsmayılov Sultan İsmayıl oğlu Nəzarət-Təftiş Komissiyasının sədri seçilib. Müzakirə olunan məsələlərlə əlaqədar hazırlanmış qərar layihəsi oxunub və səs çoxluğu ilə qəbul olunub.
Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədrini, İdarə Heyətini və Nəzarət-Təftiş Komissiyasına yeni seçilən üzvlərini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Ağsaqqallar Şurasının fəaliyyəti üçün zəruri iş şəraiti yaradılıb, ağsaqqalların sanatoriya və müalicə mərkəzlərinə göndərilməsi, pensiya və müavinətlərinin vaxtlı-vaxtında ödənilməsi, xüsusi imtiyazı olanların avtomobil və mənzillərlə təminatı diqqətdə saxlanılıb, bu istiqamətlərdə bir sıra tədbirlər görülüb. Bununla yanaşı, yaşlı nəslin nümayəndələrinin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə Naxçıvan şəhərində yerləşən 2 nömrəli Təqaüdçülər Klubu yenidən qurularaq ağsaqqalların istifadəsinə verilib.
Vurğulanıb ki, muxtar respublika ağsaqqalları yaradılan şəraitdən səmərəli istifadə edir, muxtar respublikanın sosial-iqtisadi, ictimai və mədəni həyatında yaxından iştirak edir, yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli və mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində müstəsna xidmətlər göstərirlər.
Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının bu sahədə fəaliyyətini daha da gücləndirəcəyinə əminliyini bildirərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Bununla da Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının konfransı öz işini başa çatdırıb.
Nail ƏSGƏROV