25 Dekabr 2024, Çərşənbə

İclasda 2017-ci ilin ötən dövrü ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli məruzə edib.
Bildirilib ki, bu il 25-ci yubiley ildönümü yüksək səviyyədə qeyd edilən Yeni Azərbaycan Partiyası bütün fəaliyyəti boyu özünün qurucusu, ­ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik ideyalarına sadiq qalıb, bu ideyaların həyata keçirilməsini başlıca amalı hesab edib. 1992­-ci­ il noyabrın 21-də Naxçıvan şəhərində ulu öndər Heydər Əliyev tərəfindən yaradılan partiya Azərbaycan dövlətini, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını müasir dövrün tələblərinə uyğun şəkildə sürətlə inkişaf etdirərək öz fəaliyyəti ilə xalq arasında nüfuzunu daha da artırıb, ümumxalq, ümumdövlət partiyası kimi müstəqillik tarixinə öz adını yazdırıb. Ötən illər ərzində yenidən qurulan Naxçıvan şəhərinin malik olduğu qədim milli və mənəvi dəyərlərlə səciyyələnən, həm də müasir inkişaf nümunəsi olan simasının yürüdülən quruculuq prosesinin ən gözəl nümunələrindən biri kimi hamılıqla qəbul olunması hər birimizdə qürur hissi doğurur. Muxtar respublika paytaxtının 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi şəhərimizin beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi nüfuzunu daha da artırır.

Qeyd edilib ki, partiyanın Naxçıvan Şəhər Təşkilatı öz fəaliyyətini Yeni Azərbaycan Partiyasının 2013-cü ilin iyununda keçirilən V Qurultayı, partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatının 2014-cü ilin noyabrında keçirilən V Konfransı və Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il martın 16-da keçirilən iclasında qarşıya qoyulan vəzifələrin ardıcıl icrası istiqamətində qurub, ölkəmizin, doğma diyarımızın və Yeni Azərbaycan Partiyasının ümumi inkişaf tempinə uyğun fəaliyyət göstərib. 2017-ci il üçün iş planında nəzərdə tutulan tədbirlərin vaxtlı-vaxtında və yüksək səviyyədə həyata keçirilməsi, ilk təşkilatlarla işin gücləndirilməsi, siyasi-ideoloji işdə və partiyaya yeni üzvlərin cəlb edilməsi məsələsində keyfiyyət amili təşkilat üçün prioritet təşkil edib.
Diqqətə çatdırılıb ki, ötən müddətdə təşkilatda 11 İdarə Heyəti, 4 şura yığıncağı, əlamətdar və tarixi hadisələrlə bağlı 6 elmi-praktik konfrans, 3 kütləvi tədbir, 1 dəyirmi masa keçirilib. 2017-ci ildə partiyaya 1176 nəfər üzv qəbul olunub ki, bunların da 674 nəfərini qadınlar, 1152 nəfərini 18-35 yaşlı gənclər təşkil edir. Nəticədə, bu il Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı üzvlərinin sayı 17 min 92 nəfərə çatıb. Bunlardan 8 min 938 nəfərini qadınlar, 10 min 73 nəfərini 18-35 yaşlı gənclər təşkil edir. Üzvlərdən 2 nəfəri Azərbaycan Respublikası Milli Məclisinin, 20 nəfəri isə Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin deputatlarıdır. Həmçinin təşkilatda 2 nəfər akademik, 7 nəfər AMEA-nın müxbir üzvü, 27 nəfər elmlər doktoru, 162 nəfər fəlsəfə doktoru təmsil olunur.
Sonra məruzə ətrafında çıxışlar olub. Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Allahverdiyeva, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev, şura üzvləri, Heydər Əliyev adına tam orta məktəb ərazi ilk təşkilatının sədri Könül Mirzəyeva, Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri Asəf Əliyev çıxış ediblər.
İclasda Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı, şura üzvü Vüqar Səfərov çıxış edərək Naxçıvan şəhərində həyata keçirilən quruculuq işləri haqqında ətraflı məlumat verib, görülən işlərdən bəhs edib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov çıxışında qarşıda duran vəzifələrdən danışıb.
Sonda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının ­2017-ci ildəki fəaliyyətinin qənaətbəxş qiymətləndirilməsi haqqında qərar qəbul edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR