25 Dekabr 2024, Çərşənbə

Dövlət Bayrağı Muzeyində dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün bu il iyulun 12-də elan olunmuş müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının təntənəli andiçmə mərasimi keçirilib. 

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri İsmayıl Qəribli çıxış edərək bildirib ki, ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ikinci dəfə ali hakimiyyətə gəlişindən sonra ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılmış, dövlət qulluğu sahəsində daha geniş islahatlar həyata keçirilmiş, zəngin qanunvericilik bazası yaradılmışdır. Görkəmli dövlət xadiminin təşəbbüsü və müəllifliyi ilə hazırlanan ilk müstəqil Azərbaycanın Konstitusiyası müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yara­dılmasının hüquqi bazası rolunu oynamışdır.

Çıxışda o da vurğulanıb ki, dövlət qulluğunda səmərəliliyin artırılması, dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluqçularının hüquqi statuslarının müəyyən edilməsi, onların sosial müdafiələrinin, maddi müstəqilliklərinin təmin edilməsi və eyni zamanda məsuliyyətlərinin artırılması məqsədilə 2000-ci il 21 iyul tarixdə respublikamızda ilk dəfə olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bununla, Azərbaycanda dövlət qulluğu sahəsində vahid döylət siyasətinin formalaşmasının əsası qoyulmuşdur.
Muxtar respublikada dövlət qulluğunun səmərəli təşkili və idarə­olunması məsələlərindən danışan İsmayıl Qəribli bildirib ki, Ali Məclis Sədrinin 2008-ci il 22 aprel tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması vətəndaşların mərkəzləşdirilmiş qaydada dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə geniş imkanlar açmışdır. Komissiya tərəfindən indiyədək keçirilmiş 14 müsabiqədə 4569 namizəd iştirak etmiş, onlardan 983 nəfəri müsabiqəni müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur. Muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının, təqribən, 38,5 faizi komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanmış dövlət qulluqçularıdır.
Sonra müsabiqəni uğurla başa vurmuş və dövlət orqanlarında işə başlamış namizədlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun şəkildə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə təntənəli surətdə and içiblər.
Sonra mərasim iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış olublar.
Xatırladaq ki, bu il keçirilən müsabiqəyə 642 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 744 nəfər sənəd təqdim etmişdi. Müsabiqənin test imtahanları mərhələsində 722 namizəd iştirak etmiş, 389-u keçid balını toplaya bilmişdir. Test imtahanında və müsahibə mərhələsində müvəffəqiyyət qazanmış namizədlərdən 167-si vakant vəzifələrə təyin olunmuşdur. Onlardan ilk dəfə dövlət qulluğuna qəbul edilmiş 133 nəfə­ri andiçmə mərasimində iştirak ­etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR