25 Dekabr 2024, Çərşənbə

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Heydər Əliyev Muzeyində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş elmi-praktik konfrans keçirib.
Partiyanın Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli tədbiri giriş sözü ilə açaraq bildirib ki, 1990-1993-cü illərdə Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. Məhz buna görə də 1991-ci il dekabrın 16-da ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunub. Bu il həmin qərarın qəbul olunmasının 26-cı ildönümü tamam olur.
Vurğulanıb ki, ulu öndərimiz ­1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycançılığı nəinki dövlətçilik konsepsiyası, hətta bütün dünyada yaşayan azərbaycanlıların ümummilli ideologiyası səviyyəsinə yüksəldib.

“Ümummilli liderimiz Heydər Əliyev milli həmrəyliyimizin banisidir” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədr müavini, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev qeyd edib ki, 26 il öncə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın Azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi prosesinin başlanğıcını qoyub. Bu ideya bitkin ideologiya kimi məhz müstəqillik dövründə ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılıb. Dahi şəxsiyyət hakimiyyətə tarixi qayıdışından sonra böyük inamla dünya azərbaycanlılarının bir amal və bir məslək uğrunda fəal mübarizə aparmasına çalışıb və öz dühasının gücü ilə bu çətin işin öhdəsindən uğurla gəlib.
Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Texniki Kolleci ərazi ilk təşkilatının sədri, kollecin müəllimi Ruziyyə Behbudovanın “Ulu öndər Heydər Əliyev və Azərbaycan diasporu” və partiyanın Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin üzvü Həsən İsmayılovun “Ümummilli lider Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzularında çıxışları olub.
Çıxışlarda qeyd olunub ki, ulu öndərimizin müəllifi olduğu Azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə, həmrəyliyi təmin edən siyasi mexanizmdir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dünya azərbaycanlılarının təşkilatlanması sahəsində son dərəcə uğurlu nəticələr əldə olunub. Hər il dekabrın 31-də azərbaycanlıların yaşadığı bir çox xarici ölkələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi geniş qeyd edilməsi də bu siyasətin və milli həmrəyliyin nəticəsidir.
Konfransda “Ən böyük Azərbaycanlı” filmi nümayiş olunub, bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilib.
Sonda tədbir iştirakçıları Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanış olublar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR