25 Dekabr 2024, Çərşənbə

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Yurdçu Kənd Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Ulu öndər Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda elmi-praktik konfrans keçirib. 

Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva mövzu ilə bağlı çıxış edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri vəzifəsində işləyərkən, 1991-ci il dekabrın 16-da imzaladığı Fərmanla 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik Günü elan etmişdi. Həmin il həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd edilib.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, milli birliyə nail olunması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilib, Azərbaycançılıq anlayışı milli ideologiyaya çevrilib, xaricdə yaşayan həmvətənlərimizin Azərbaycanla əlaqələri genişləndirilib, milli dia­spor təşkilatlarının yaradılmasına başlanılıb. Məhz bu böyük siyasətçinin uzaqgörənliyi və xalqla daha sıx birliyi sayəsində 1993-cü ildən etibarən dünyanın ayrı-ayrı ölkələrində Azərbaycan diasporunun formalaşdırılmasına diqqət artırılıb, Azərbaycan dövləti onlara hərtərəfli köməklik göstərir.

Qeyd olunub ki, dahi şəxsiyyətin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən həmyerlilərimizin ümumi məqsəd, vahid Azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb edib. Azərbaycan Prezidentinin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il dekabrın 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirib.
Diqqətə çatdırılıb ki, bu gün ümummilli liderin siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsi, güclü Azərbaycan diasporunun yaradılması məsələlərini daim diqqət mərkəzində saxlayır, bu prosesin daha da təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsini əsas vəzifələrdən biri kimi qarşıya qoyur.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının Şura üzvü Tamaşa Babayeva, Yurdçu kənd ərazi ilk partiya təşkilatı idarə heyətinin üzvü Hafiz Mehdiyev, partiyanın gənc üzvü, Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin tarix müəllimi Aysel Seyidova mövzu ilə bağlı çıxış ediblər.

Babək İSMAYILOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR