22 Dekabr 2024, Bazar

Mayın 24-də Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda 28 May – Respublika Günü münasibətilə tədbir keçirilmişdir.
Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirildikdən sonra tanınmış ürək cərrahı, tibb elmləri doktoru, professor Bingür Sönməz Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərindən danışmış, Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə təbrik etmişdir.
Azərbaycanın Qarsdakı Baş konsulu Ayxan Süleymanov çıxış edərək demişdir ki, 95 il bundan əvvəl öz müstəqilliyini əldə edən Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olmuşdur. Həmin dövrdə son dərəcə cəsarətli bir addım kimi qiymətləndirilən demokratik dövlət modelinin yaradılması Azərbaycanın çox­əsrlik dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı idi. Azərbaycan xalqının müstəqillik qazanmasında türk xalqının verdiyi dəstəyi xatırladan Baş konsul çoxəsrlik tarixə malik olan Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası ölkədaxili çəkişmələr və hakimiyyət mübarizəsi nəticəsində öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir dövrdə ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması ilə ölkəmizdə sabitlik yaradılmış, qanunçuluq, demokratik prinsiplər bərqərar edilmiş, müstəqilliyimiz əbədi və dönməz xarakter almışdır. Ulu öndərin müəyyənləşdirdiyi siyasi xətt bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ayxan Süleymanov qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün Azərbaycan və Türkiyə regionda beynəlxalq enerji və nəqliyyat layihələrinin iştirakçısıdırlar. Dahi şəxsiyyətin müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, hazırda tikintisi davam edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qars vilayətinin valisi Eyüp Təpə tarixi köklərə malik olan Türkiyə-Azərbaycan münasibətlərinin bu gün də uğurla davam etdirildiyini bildirmiş, 1918-ci ildə qazanılan müstəqilliyi Azərbaycan xalqının əldə etdiyi tarixi nailiyyət kimi dəyərləndirmişdir.
Tədbirdə Qars vilayətindən olan millət vəkillərinin göndərdikləri təbrik məktubları oxunmuş, Azərbaycan Respublikasının müstəqilliyindən bəhs edən sənədli film nümayiş etdirilmişdir. Ulu öndər Heydər Əliyevin xarici siyasət kursundan bəhs edən “Diploatlas” jurnalı tədbir iştirakçılarına paylanmışdır.
Sonda Naxçıvan Dövlət Filarmoniyasının kollektivi geniş konsert proqramı ilə çıxış etmiş, ziyafət verilmişdir.
Tədbirdə Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Cümhuriyyət Xalq Partiyasının üzvləri, eləcə də digər rəsmi şəxslər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR