22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin “Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyi” mövzusunda 170-ci məşğələsi keçirilmişdir.
Məşğələni giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov müstəqil Azərbaycanın keçdiyi tarixi inkişaf yoluna nəzər salmış, dövlət müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışdır.
Sonra “Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyi” mövzusunda Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanovun məruzəsi dinlənilmişdir.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş tələbələrə üzvlük vəsiqələri təqdim olunmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR