22 Dekabr 2024, Bazar

Mayın 24-də Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının V konfransı keçirilmişdir. Konfransı təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fazil Abbasov açaraq hesabat məruzəsi ilə çıxış etmişdir.
Bildirilmişdir ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən indiyədək çox böyük yol keçərək dünənin, bu günün və gələcəyin partiyası olduğunu təsdiqləmiş, Heydər Əliyevin müdrikliyi ilə xalqın geniş təbəqələrinin sarsılmaz ittifaqının bariz nümunəsinə çevrilmişdir.
Yeni Azərbaycan Partiyası ilk dəfə olaraq müstəqil Azərbaycana vahid milli ideologiya gətirmiş və bununla xalqı milli ideologiya ətrafında birləşdirərək milli həmrəyliyə nail olmuş, beləliklə də, xalqı 1991-1993-cü illərin ağır, böhranlı vəziyyətlərindən, faciələrdən, məhvolma təhlükəsindən qurtarmış, dövləti sabitlik, quruculuq, təkamül və tərəqqi yoluna çıxarmışdır.
Xalqımızın xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin miras qoyduğu Yeni Azərbaycan Partiyası ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün inkişafının yeni mərhələsindədir.

Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin irəli sürdüyü bütün ideyalar bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılır. Dahi rəhbərin başladığı böyük işlər və taleyüklü məsələlər, müəyyənləşdirdiyi planlar, gənc dövlətimizin milli mənafeyinə tam uyğun müstəqil daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu səbəbdəndir ki, ötən 10 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə artmış, iqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilmiş, müasir sosial-iqtisadi infrastruktur yaradılmış, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilmişdir. 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollar həcmindədir. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. 
Təşkilat sədri demişdir ki, düzgün siyasət nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sıçrayış dövrünü yaşayan Azərbaycan həm də dünya birliyinin fəal üzvlərindən birinə çevrilmişdir. Azərbaycan 2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş və qlobal məsələlərin həllində, dünyada sülh və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edərək beynəlxalq münasibətlər sisteminin fəal üzvü imicini möhkəmləndirmişdir.
Ölkə həyatının bütün sahələrində inkişafa, tərəqqiyə nail olunmasında Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. Dövlət başçısı cənab İlham Əliyevin bilavasitə təşəbbüsü ilə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları ölkəmizin sürətli inkişafını təmin etmişdir. Bunu muxtar respublikamızın timsalında da aydın görmək olar. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası əsl intibah dövrünü yaşayır. Heydər Əliyev yolunun bütün sahələrdə uğurla davam etdirilməsi sayəsində qədim diyarımız gündən-günə çiçəklənir, inkişaf edir. Kəngərli rayonuna da bu inkişafdan xeyli pay düşmüşdür.
Bildirilmişdir ki, bu ilin ok­tyabrında keçiriləcək prezident seçkiləri Yeni Azərbaycan Partiyası üzvlərinin siyasi fəallığına yeni stimul vermişdir. Onların yekdil rəyi belədir: xoşbəxt gələcəyimizin və qələbələrimizin təminatçısı yalnız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Azərbaycan xalqı onu 2013-cü ildən sonra da özünün Prezidenti kimi görür.
Konfransda Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR