25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2017-ci ilin oktyabr ayında bir sıra qərarlar qəbul etmişdir.
Belə ki, Nazirlər Kabinetinin 2017-ci il 6 oktyabr tarixli 94 və 95 nömrəli qərarları ilə “Stomatoloji Mərkəz” publik hüquqi şəxsinin Nizamnaməsi” təsdiq edilmiş və bu qurum publik hüquqi şəxsi “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”na daxil edilmişdir.
Nazirlər Kabinetinin 2017-ci il 16 oktyabr tarixli 96 nömrəli qərarı ilə “Elektron xidmət növlərinin Siyahısı”nda, 97 nömrəli qərarı ilə “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda, 98 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda və 100 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nizamnaməsi”ndə dəyişikliklər edilmişdir.

Nazirlər Kabinetinin 2017-ci il 19 oktyabr tarixli 102 nömrəli qərarı ilə “Darıdağ Arsenli Su Müalicəxanası” publik hüquqi şəxsinin Nizamnaməsi”, 103 nömrəli qərarı ilə inzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formaları təsdiq edilmişdir.
Bununla yanaşı, Nazirlər Kabinetinin 2017-ci il 21 oktyabr tarixli 104 nömrəli qərarı ilə Naxçıvan Dövlət Tarix Muzeyinə “muxtar respublika” statusu verilmiş, 106 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikası ərazisində iqtisadi fəaliyyət sahələri üzrə 2018-ci il üçün əmək miqrasiyası kvotası” təsdiq edilmiş, 107 nömrəli qərarı ilə “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarında dəyişikliklər edilmişdir. Həmçinin Nazirlər Kabinetinin 2017-ci il 26 oktyabr tarixli 109 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda və 110 nömrəli qərarı ilə “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişikliklər edilmişdir.
Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR