25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Gülüstan türbəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və muxtar respublika Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil olunan tədbiri giriş sözü ilə xidmətin əməkdaşı Elvin Cavadov açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova Gülüstan türbəsi tarixi abidəsi haqda tədbir iştirakçılarına ətraflı məlumat verib.
Videoslaydın nümayiş olunduğu tədbirdə bildirilib ki, Culfa rayonu ərazisində yerləşən Gülüstan türbəsi Azərbaycanın memarlıq abidələri içərisində özünə­məxsus yer tutur. Dünya əhəmiyyətli Gülüstan türbəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən elmi və tarixi əsaslarla bərpa olunub. Türbənin bərpa edilməsi xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Gülüstan türbəsi ölkəmizin tarixi abidələri içərisində memarlıq həllinə və həndəsi ornamentlərinə görə seçilir. Buna görə də restavrasiya zamanı hər bir detala xüsusi diqqət yetirilib, abidənin orijinallığı qorunub saxlanıb.
Sonra tədbir iştirakçıları Gülüstan türbəsi tarixi abidəsini ziyarət ediblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR