25 Dekabr 2024, Çərşənbə

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Heydər Əliyev adına Hərbi Liseyin kursantları üçün “Ulu öndər Heydər Əliyev və Azərbaycan Ordusu” mövzusunda açıq dərs keçilib.
Tədbirdə muzeyin direktoru Ramil Orucəliyev bildirib ki, Azərbaycan Ordusunun yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Vurğulanıb ki, ulu öndərin 1990-1993-cü illərdə – Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə xalqımız qarşısında ən böyük xidmətlərindən biri muxtar respublikanın təhlükəsizliyini təmin etməklə yanaşı, burada Azərbaycanın ilk milli nizami ordu hissələrini yaratmasıdır. Həmin illərdə ordu quruculuğu istiqamətində mühüm qərarlar qəbul edilib.1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilib. 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul olunub.
Qeyd olunub ki, bu gün ölkəmizdə ordu quruculuğu sahəsində böyük nailiyyətlər əldə edilib, Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilib. Oktyabrın 18-də – Dövlət Müstəqilliyi Günündə muxtar respublikada ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən hərbi parad qədim diyarın təhlükəsizliyini təmin edən Əlahiddə Ümumqoşun Ordunun gücünü bir daha nümayiş etdirdi.
Açıq dərsdə kursantlar “Hərb tarixində Heydər Əliyev fenomeni” filminə baxıblar.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR