25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Dövlət Universitetində 18 ok­tyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı konfrans keçirilib.
Konfansı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müstəqilliyin ilk illərində Azərbaycan xalqının üzləşdiyi çətinliklərdən danışıb. Bildirib ki, dövlət müstəqilliyimiz 1991-1993-cü illərdə süquta uğramaq təhlükəsi ilə üz-üzə idi. Məhz ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatda köklü islahatlara, dövlət quruculuğu prosesinə başlandı. Ulu öndərin müstəqil dövlətçilik siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Xəzər Hüseynov “Müstəqilliyimizi əbədiləşdirən lider”, Tarix müəllimliyi ixtisasının III kurs tələbəsi Gülnar Bağırova “Müstəqillik illərində Azərbaycan gənclərinin rolu” mövzusunda çıxış ediblər.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim olunub.

*  *  *

“Naxçıvan” Universitetində keçirilən konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açaraq tarixi günün əhəmiyyətindən danışıb. Bildirilib ki, 18 oktyabr çağdaş Azərbaycan tarixinin önəmli hissəsi və Azərbaycan dövlətinin yaranması günüdür. Hər bir dövlətin müstəqillik tarixi onun şərəf və qürur mənbəyidir. Bu tarixi günün yeni yetişən gənclikdə milli vətənpərvərlik hisslərinin oyadılması və gənc nəslin vətənpərvərlik ruhunda böyüməsindəki rolu müqayisəolunmazdır.
Sonra Ümumi tarix kafedrasının professoru, “AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “XX əsrin 90-cı illərində Azərbaycanda və SSRİ-də baş verən siyasi proseslər fonunda müstəqilliyə gedən yol”, Ümumi tarix kafedrasının müəllimi Vaqif Hüseynovun “Sovet dövründən başlanan milli azadlıq mübarizəsi” və həmin kafedranın müdiri Mehman Şabanovun “Müstəqillikdən keçən 26 il xalqımızın tarixində” mövzularında çıxışları dinlənilib.
Qeyd olunub ki, 1990-1991-ci illərdə Sovetlər Birliyinin süquta uğradığı zaman yaranan tarixi şərait nəticəsində Azərbaycan xalqı ikinci dəfə öz müstəqillik bayrağını qaldırdı. Həmin illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərən xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycan xalqına azadlıq, müstəqillik uğrunda mübarizədə hər zaman düzgün yol göstərir, bu yolda sonacan mübariz olmağa çağırırdı. Lakin müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və çətin idi. Belə bir dövrdə xalqımız Heydər Əliyev kimi görkəmli bir siyasətçinin siyasi hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və buna nail oldu. Yalnız ümummilli liderin fəaliyyəti nəticəsində dövlətçiliyimiz möhkəmlənmiş, respublikamız dünya dövlətləri arasında önəmli yerlərdən birini tutmuşdur.
Sonda tədbir iştirakçıları Dövlət Müstəqilliyini əks etdirən slayda baxıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR