25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətindən aldığımız məlumata görə, cari ilin sentyabr ayı ərzində xidmət miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirləri davam etdirib.
Ötən ay xidmət tərəfindən muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərini pozmuş 40 nəfər əcnəbi aşkarlanıb. Onlardan 35-i barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərketmə, 5 nəfər barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.
Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 838 müraciət daxil olub. Bu müraciətlərdən 96-sı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Sentyabr ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı xidmət tərəfindən 742 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərin 198-i xidmətin sərhəd-buraxılış məntəqələrində fəaliyyət göstərən bölmələri tərəfindən qəbul və icra edilib.
Hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR