25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatı üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 12 iyul 2017-ci il tarixdə müsabiqə elan edilib.
Müsabiqəyə 642 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 744 nəfər sənəd təqdim edib ki, bu da keçirilən müsabiqələrin tarixində ən yüksək göstəricidir.
Vakant vəzifələrlə bağlı ən yüksək müsabiqə vəziyyəti Maliyyə Nazirliyi (62 müraciət), Təhsil Nazirliyi (55 müraciət) və Mərkəzi Seçki Komissiyası (52 müraciət) üzrə qeydə alınıb.
11-29 sentyabr 2017-ci il tarixlərdə müsabiqənin test mərhələləri keçirilib və 388 nəfər müvafiq keçid balını toplayıb.
Hazırda müsahibə mərhələsində namizədlərin iştirakı üçün sənəd qəbulu davam etməkdədir. Sənəd qəbulu başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq 30 gün ərzində müsabiqənin müsahibə mərhələsi keçiriləcəkdir.
Müsahibə zamanı namizədin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, vakant vəzifə üçün zəruri keyfiyyətləri yoxlanılaraq qiymətləndiriləcək. 16 və daha çox bal toplamış namizədlər müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunacaqlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR