25 Dekabr 2024, Çərşənbə

Məlum olduğu kimi, İslam mədəniyyəti nümunələri ilə zəngin olan, bəşər sivilizasiyasına dəyərli töhfələr vermiş Naxçıvan şəhəri 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən altıncı konfransında 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 23 yanvar tarixli Sərəncamı ilə elan olunmuş müsabiqədə seçilmiş “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin təqdimatı keçirilib. Təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə üzərində loqotip əks olunmuş suvenirlərin hazırlanması üçün təkliflər verməsi və 2017-ci ilin noyabrınadək bu işlərin başa çatdırılması tapşırılıb.
Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə çatdırılması istiqamətində görülən tədbirlərdən biri də sənətkarlıq məhsullarının istehsalıdır. Belə ki, muxtar respublikaya gələn xarici qonaqlar, eləcə də kənd və rayonlarımıza səfər edən yerli və əcnəbi turistlər mənalı istirahətdən yaddaqalan bir xatirə kimi müxtəlif suvenirlər, xalq tətbiqi sənəti nümunələri alır, onları öz ölkələrinə aparırlar. Bu, sə­nətkarlığın inkişafına, milli hədiyyə və suvenirlərin istehsalına diqqəti artırmağı zəruri edir.
Bu məqsədlə muxtar respublikada xalq yaradıcılığının müxtəlif sahələri üzrə fəaliyyət göstərən sənətkarlarla görüş keçirilib, onlara müxtəlif növ əl işləri, Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olduğunu əks etdirən suvenirlər hazırlanması tövsiyə edilib.

Hazırda sənətkarlar tərəfindən 20 ədəd ağac üzərində, 3 ədəd daşduz üzərində oyma, 15 ədəd keramikadan sənətkarlıq nümunələri, həmçinin 13 ədəd mis üzərində döymə, 20 ədəd muncuqla düzmə, 10 ədəd gips, 5 ədəd xalça, 35 ədəd gil üzərində, o cümlədən “Möminə xatın” milli moda evi tərəfindən 20 ədəd olmaqla, ümumilikdə, 121 ədəd Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olmasını əks etdirən suvenir hazırlanıb. Bu istiqamətdə sənətkarlar tərəfindən işlər davam etdirilir.
Bir neçə aydan sonra Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı statusunu təhvil alacaq. İslam mədəniyyətinin tarixində özünə­məxsus yer tutan, müasir inkişafı ilə diqqəti cəlb edən, gündən-günə gözəlləşən Naxçıvan həm də qədim sivilizasiyanın beşiyidir. Bunu nəzərə alsaq, onda çox əhəmiyyətli bir tarixi prosesin şahidi olacağımıza əminlik yaranır. Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı olması muxtar respublikamızın, ölkəmizin, ümumilikdə isə İslam dünyasının mədəni həyatında yaddaqalan bir hadisə kimi tarixdə öz yerini tutacaq.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR