25 Dekabr 2024, Çərşənbə

Çinin nüfuzlu “CCTV-4” telekanalı “Vətən – xəyallar ölkəsi” adlı səyahət mövzulu verilişinin növbəti buraxılışını Azərbaycana həsr edib. Telekanalın çəkiliş qrupu 3-9 avqust tarixlərində Naxçıvan Muxtar Respublikasında çəkiliş aparıb.

Səfərin ilk günü qonaqlar Naxçıvan Dövlət Xalça Muzeyi və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar. Növbəti gün Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində çəkilişlərə başlayan qonaqlara məlumat verilib ki, dünyanın informasiya-

kommunikasiya texnologiyaları sahəsində aparıcı şirkətlərindən olan “Huawei” şirkəti Azərbaycanda fəaliyyətinə Naxçıvandan başlayıb. Şirkət tərəfindən Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 2014-cü ildə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi qurulub.

 Qonaqlar “Naxçıvan” Universitetinə gələrək burada İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi ilə tanış olublar. Sonra çəkiliş qrupu Duzdağ Fizioterapiya Mərkəzində olub. Burada bildirilib ki, mərkəz muxtar respublikanın əsas səhiyyə turizmi obyektlərindəndir. Mərkəzə dünyanın müxtəlif ölkələrindən yüzlərlə insan müraciət edir.

Avqustun 5-də Naxçıvan Dövlət Universitetində çəkiliş qrupu ilə görüş keçirilib. Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Seymur Talıbov və tədris işləri üzrə prorektoru Surə Seyid ali təhsil ocağının tarixi inkişaf yolu, tədris imkanları və beynəlxalq əlaqələri haqqında qonaqlara məlumat veriblər. Media Mərkəzi, “Universitet” televiziyası və “Nuhçıxan” radiosu ilə tanışlıq qonaqların böyük marağına səbəb olub. Həmin gün universitetdə “Huawei” şirkətinin xətti ilə Çin Xalq Respublikasında təcrübə keçən tələbələrlə də görüş olub.

Avqustun 7-də çəkiliş qrupu Naxçıvan Dövlət Televiziyası və Radiosu ilə tanış olub. Bildirilib ki, son illər televiziyanın və radionun maddi-texniki bazası xeyli gücləndirilib, teleradionun binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, ən müasir texniki avadanlıqlarla təchiz edilib. Diqqətə çatdırılıb ki, bu gün dünyanın istənilən yerindən Naxçıvan Dövlət Televiziyasını internet vasitəsilə izləmək mümkündür. Dublyaj redaksiyası, çəkiliş paviliyonları, montaj otaqları ilə tanış olan qonaqlara televiziyanın istehsalı olan 31 sənədli film, televernisaj və videoçarx təqdim olunub.

“CCTV-4” telekanalının əməkdaşları səfərin sonuncu günü çəkilişlərini Əlincəqalada davam etdiriblər. Qonaqlara müdafiə istehkamı və yaşayış yeri kimi istifadə olunmuş Əlincəqalanın tarixi haqqında məlumat verilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR