Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclasında verilən tapşırıqların icrası iyul ayında da diqqətdə saxlanılmışdır. Bu dövrdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və onun rayon (şəhər) təşkilatlarında 6 şura, 8 idarə heyəti iclası və 13 müxtəlif tədbir keçirilmişdir.
Belə ki, gənclərlə işə xüsusi diqqət yetirilmiş, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və rayon (şəhər) təşkilatları Gənclər Birliyinin xətti ilə 4 tədbir keçirilmiş, ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə Heydər Əliyev Muzeyinə, “Naxçıvanı tanıyaq” devizi altında isə Duzdağ Fizioterapiya Mərkəzinə ekskursiyalar təşkil olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi tərəfindən 3-5 və 7-9 iyul tarixlərində Ağbulaq İstirahət Mərkəzində gənclərin “Yay məktəbi” təşkil olunmuşdur. “Yay məktəbi”ndə “Naxçıvan” Universitetindən və Naxçıvan Müəllimlər İnstitutundan 10 müəllim və 120 tələbə iştirak etmişdir.
Şəhər və rayon təşkilatları, eləcə də ərazi ilk partiya təşkilatları gənc və yaradıcı qüvvələrin partiya sıralarına cəlb edilməsinə diqqəti artırmış, qeyd olunan dövrdə 275 nəfər partiya sıralarına qəbul edilmişdir.
Yeni Azərbaycan Partiyası
Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi