25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən kollegiya iclasında nazir Hafiz Yaqubov çıxış edərək bildirib ki, yaz əkin mövsümündə muxtar respublika ərazisində, şəhər, qəsəbə və kəndlərdə, sututarların, su kanallarının ətrafında, magistral yolların kənarlarında, ümumilikdə, 273,8 hektar sahədə meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilib, yeni meyvə bağları salınıb. Yaşıllaşdırma tədbirlərində, ümumilikdə, 196 min 400 meşə və meyvə tingi, həmişəyaşıl ağaclar, bəzək kolları əkilib. Həmçinin nazirlik tərəfindən yaz əkin mövsümündə, ümumilikdə, 65,2 hektar sahədə yaşıllıq zolaqları, meyvə bağları salınıb, 113,6 hektar sahədə ting və toxumla bərpa işləri görülüb.
Qeyd olunub ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq nazirliyin tabeliyində olan idarə və müəssisələr tərəfindən 42,5 hektar sahədə meyvə bağları salınıb, 26 min 600 ədəd müxtəlif meyvə tingləri əkilib. Həyata keçirilən yaşıllaşdırma tədbirlərində meşə və meyvə tinglərinə, həmişəyaşıl ağaclara olan tələbat nazirliyin tabeli idarələri tərəfindən tam təmin edilib. Bu məqsədlə 3,5 hektardan çox ərazidə toxum səpini və qələm-çilik kökləndirmə işləri icra olunub.

Diqqətə çatdırılıb ki, əkin bərpa işlərinin ardıcıl aparılması məqsədilə dibçəkdə ting yetişdirilməsi sahəsində iş davam etdirilib və bu üsulla hesabat dövründə 3,5 min ting yetişdirilib, 30 min iydə, 64 min üzüm, 7 min 500 tut qələmi əkilib. Naxçıvan Muxtar Respublikasının daxili sularında, Araz çayı və dəryaçasının muxtar respublika hüdudlarına aid olan hissəsində suların ekoloji vəziyyətinin nəzarətdə saxlanılması məqsədilə 51 monitorinq keçirilib, 71 dəfə su nümunəsi götürülərək fiziki-kimyəvi xassələrini öyrənmək məqsədilə 852 laborator analiz-təhlillər aparılıb. Torpaqların münbitliyinin, geobotaniki tərkibinin qorunması və bərpası, otlaqlardan istifadənin tənzimlənməsi sahəsində işlər davam etdirilib. Ekoloji baxımdan istifadəyə yararlı 19 min 193 hektar yay otlaq sahəsi fermer, fərdi təsərrüfat sahibkarlarının istifadəsinə verilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
İclasa Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR